adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
06 Mart 2017 14:58
21433
MARAQLI

TÜRK QƏZETÇİDƏN BİZƏ BİR LƏTİFƏ HƏDİYYƏSİ

Bir nəfər gəlib caminin düz böyründəpivəxana açır. Caminin imamı gedir pivəxana sahibinin yanına, tələb edirki, Allah evinin yanından öz obyektini götürsün. O da imamı qovur. İmam qayırdır:

- Elə bir dua oxuyacamki, sənin bu pivəxanan darmadağın olacaq.

Həqiqətən iki gündənsonra pivəxanadakı balonlardan biri partlayırvə köşk yerlə-yeksan olur.

Pivəxana sahibi imamıverir məhkəməyə ki bəs, o dua oxudu, mənimobyektim partladı.

Məhkəmə gedir. Hakimimamdan soruşur ki, o düz deyir? İmam:

- Siz nə danışırsızdua oxumaqla obyekt partlayar?

Pivəxana sahibi:

- Yox, sən dua elədin deyə partladı.

İmam:

-Boş-boş danışma, dua-filan. Duayla nəsə ola bilər?

Pivəxanasahibi:

-Hə, niyə olmur? Sən dua etdin, partladı.

İmam:

-Möhtərəm hakim, görmürsüz boş-boş danışır.

Hakimgülüb deyir:

-Bu içki düşkünü, şərab satan duaya inanır, amma din xadimi, bütün günü müqəddəskitab əlindən düşməyən imam duaya inanmır.