adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
22 Aprel 2024 12:30
1047
MARAQLI

Günlərlə tualetə getmədi, saatlarla makiyaj olundu

Dünya film industriyası o qədər inkişaf edib ki, artıq bu bazara daxil olmaq üçün yetərli olan kriteriyalardan da danışmaq biraz gülməli olar. Dünyada məşhurluq qazanmış filmlərin çəkiliş prosesləri özü ayrı-ayrılıqda film mövzusu ola bilər. Belə filmlərdən biri “Dune 2” filmidir.  

"Dune 2" filmində aktyor Stellan Skarsqard hər çəkiliş günündə makiyaj, qrim və xüsusi paltarın geyindirilməsi üçün 8 saat vaxt sərf etməli olub. Üzərindəki geyimin ağırlığı 40 kq olub. Geyimin çıxarılması isə hər gün 2 saat vaxt aparırmış.

Üstəlik Stellan Skarsqard həmin müddətdə heç nə yeməyib, içməyib, dərmanlar atıb ki, tualetə getməsin... Hər günün 10 saatı geyimi geyib-çıxartmağa gedib. Çox çətindir.

İsveç aktyor Skarsqard deyir ki, proses çətin olsa da, bu çətinlik və geyim obrazı ağırlaşdıraraq rolu daha təbii edib.

Qeyd edək ki, Dune: Part Two 2024-cü ildə ssenarini Jon Spaihts ilə birgə yazan Denis Villeneuve tərəfindən rejissorluq və prodüserlik edən Amerika epik elmi fantastika filmidir. Dune filminin davamı, Frank Herbertin 1965-ci ildə yazdığı Dune romanının iki hissəli adaptasiyasının ikincisidir.

Paul Atreides (Timothée Chalamet) Arrakis planeti uğrunda mübarizəni davam etdirir və Fremen xalqının rəhbərliyini öz üzərinə götürür. Harkonnen ailəsinin hücumundan sağ çıxan Paul Fremenlərlə yaşamağa başlayır. Fremenlərin köməyi ilə o, Arrakis üzərində nəzarəti bərpa etmək və kainatın taleyini dəyişmək üçün mübarizə aparır. Arrakis planetinin Fremen xalqı Paulu Məsih hesab edir. Fremenlər Paulun rəhbərliyi altında Arrakis planetini azad edəcəklərinə və qalaktikada bərabərlik və ədaləti təmin edəcəklərinə inanırlar.

Emin