DOVŞANIN AYIDAN ÜZR İSTƏMƏKLİYİ

Deməli, İran İsrailə güc göstərisi yapandan və bu güc göstərisi alınmayandan sonra dərhal BMT-yə və ABŞ-a da bir «üzr» məktubu ünvanlayıb ki, bizim müharibə etmək istəyimiz yoxdur. Sadəcə olaraq, Dəməşqdəki konsulluğumuza İsrailin hücumunun intiqamını almaq istədik.
Yadıma məşhur bir lətifə düşdü.
Dovşan hər gün gəlir çayın kənarına, çayın o üzündəki ayını çağırır:
- Miş, miş…
Ayı da tənbəl-tənbəl çıxıb soruşur ki, nədi ə, danbalaq?
Dovşan da ayının var-yoxu qalmır, söyür-söyür, ayı da ərinir çayı keçməyə və dovşan da çıxıb gedir. Ayı da yığılır boğaza, bir gün çayı keçir, gözləyir dovşan nə vaxt gələcək.
Dovşan da bütün qohum-əqrəbalarını yığır başına, gətirir çayın kənarına və deyir:
- Siz ölün, ayının üzünə qarşı söyürəm qorxusundan mənə cavab verə bilmir.
Və sonra durur çayın kənarında yenə bağırır:
- Miş, miş…
Ayı kolluqdan çıxır tutur dovşanın qulağından, qaldırır yuxarı və deyir:
- Nə istəyirsən?
Dovşan görür vəziyyət ingiliscədi, deyir:
- Dyadya Miş, bütün qohum-əqrəbalarımı yığıb gətirmişəm ki, səndən üzr istəyim.
İndi emblemi və totemi şir olan İran həmin dovşanın gününə düşüb.
Digər Xəbərlər
24 Oktyabr 2025 16:16 Ölkənin ən böyük körpəsi o oldu - 6 kilo 150 qram...
24 Oktyabr 2025 10:57 İki Super Ay hadisəsi müşahidə olunacaq
22 Oktyabr 2025 12:31 Robototexnikada inqilab: İnsan beyinli robotlar gəlir!
21 Oktyabr 2025 17:40 Ağıllı insanlar daha uzunömürlü olur
20 Oktyabr 2025 12:18 Siz də ətrafınızdakı insanları dəyişmək istəyirsiniz?
20 Oktyabr 2025 11:10 Yanponiyalı tələbədən maraqlı ixtira
17 Oktyabr 2025 16:01 Bu ölkədə azyaşlı uşaqlar da siqaret çəkirlər
17 Oktyabr 2025 15:49 

Bakı -°C 






