adalet.az header logo
  • Bakı -°C
06 Iyun 2022 11:09
1140
ŞOU-BİZNES
A- A+

Türk bildiyimiz  xorvatlı “Afrodita” - 16 yaşında model, 17 yaşında yasaq eşq, 64 yaşında ”karıxmış qarı”...

1958-ci ildə   Yugoslavyanın Dubrovnik şəhərində doğulmuş , milliyyətcə  xorvat  olan, əsil adı Liz Remka Rebronjanı hamı tanıyır. O Türkiyəyə gələndən sonra adını dəyişib və türk filimlərinin erotik siması olub. Bəli tanıdınız, Türkiyənin məşhur aktrisa, model və müğənnisi,  “Yeşıl Cam”ın ən açıq-saçıq rollarını, intim səhnələrini bacarıqla oynamış Banu Alkan!  

Gənc vaxtlarında 90-60-90 ölçülü bədəni ilə diqqət çəkən, modelin ulduzu erkən parladı. Sənətçi 17 yaşındaykən evli və imkanlı iş adamı Gürbüz Həniflə görüşməyə başlayıb. Təxminən 20 il davam edən bu yasaq eşq Hənifin xərçəng xəstəliyinə tutulmasından az sonra  ölümü ilə sona çatdı. Alkan bu 20 il ərzində çox rahat həyat yaşadı. Banu Alkan 1989-cu ildə son filmindən sonra uzun müddət görünmədi. 1998-ci ildə "Neremi" adlı albom çıxararaq adından söz etdirdi. Aktrisanın mahnısı, səsi və şərhi uzun müddət tənqidlərə məruz qalsa da diqqət mərkəzinə düşə bildi.

 

Bir çox serial və filmlərdə boy göstərdi. Yunan mifologiyasında eşq Allahı – Afrodita adını aldı. Bundan sonra özündən kiçik xeyli sevgilisi olsa da heç vaxt rəsmi ailə qurmadı, övlad sahibi olmadı.
Hazırda Afroditanın 64 yaşı var və gündəmə düşməkdən ötrü əlindən gələn ən mənasız açıqlamaları ilə izləyicilərinin gülüşünə səbəb olur. Amma yenə əvvəlki kimi diqqət mərkəzinə düşmür. Məsələn, heç vaxt rəsmi münasibəti olmayan, hər zaman yasaq eşlər yaşamaqla ad çıxaran, ekranlarda “öpüşmə-sevişmə” səhnələrini təbii halda yerinə yetirən Banu alkan bir tv proqramda iddia etdi ki, o Türkiyənin ən namuslu qadınıdır. Daha sonra plastik əməliyyat etdirmədiyini deyən Alkan özünün hələ də zirvədə olduğunu bildirib:

"Biz Türkiyə kinosunun ulduzları olaraq son nəsilik. Bizdən sonra gələn olmadı. Beren Saata ulduz deyirsiz, o ulduz deyil, olmağa çalışır. İki-üç film çəkməklə, ulduz olmaq mümkün deyil. Mənim gəncliyim çəkiliş meydançalarında keçib".

Hətta bir –iki il əvvəl aktrisa İzmirdə gəlinliklərin hazırlandığı moda evlərindən birinin açılışına qatılarkən jurnalistlərlə söhbətində tezliklə ərə gedəcəyini dedi:“Gəlinlikləri çox bəyəndim. Amma yenə də sevgilimdən soruşmalıyam, hansı gözəldir. Los-Ancelesdəki bəy namizədinə zəng vuraq”. Banu Amerikadakı sevgilisinin adını açıqlamayıb.
 

Banu  Alkanın son açıqlaması onu izləyənlərin qəhqəhəsinə səbəb olub.
 
Adalet.az  HaberTürk-ə istinadən xəbər verir ki, “Yeşil Cam”ın 64 yaşlı ulduzu Aleyna Tilkinin onu təqlid etdiyini iddia edib. Mövzu ilə bağlı sosial media hesabından paylaşım edən Alkan, "Evdə oturub mənim filmlərimə baxırlar, qalın belləri varmış kimi görünürlər, amma işləmir balam" sözləri ilə Tilkiyə səslənib.  Yaşı 22, boyu 1.75, çəkisi 58 kq olan həddindən artıq zərif və gözəl Aleynanın deyəsən yaşlı qadına cavab vermək fikri yoxdu. Susub.

Bundan əvvəl isə o dünyanın milyonçu qadınlarından biri olan model Kayli Cenneri topa tutmuş onun bir fotosunu paylaşaraq, "Səni Kezban səni... məni təqlid edirsən. Saçlarım uçuşuna qədər məni təqlid edir!" sözləri yazmışdı. Hətta bir dəfə Cenner yaşıl rəngli libas geydiyinə görə, Banu onu tənqid etmiş, rəng seçimini ondan götürdüyünü idda etmişdi.Türklər demiş:” Yaşlılıq halleri, yani...”

Qeyd edək ki, aktrisanın ən böyük davası Bülent Ərsoyla olub. Bir verlişdə Banunun Safiyaya marka geyinməsindən danışmasını eşidən Ersoy "Mənim yanımda brenddən danışma. Çünki bir dənə də brend geyinmədin. Ucuz parçalara dolanırsan" deyib. 

"Biabırçılıq edirsən" deyən Banuya Ersoy daha da əsəbiləşib. Bu söhbət iki məşhur arasında qalmaqal yaradıb. Onlar dava etməyə başlayıblar. Bu mübahisəyə görə kanalı şikayət ediblər. Kanala 450 min lirə (təxminən 220 min manat) pul cəzası verilib.

Əntiqə Rəşid