Turistlər üçün yeni kampaniyaya start verilib
Azərbaycan Turizm Bürosu “Azərbaycan Hava Yolları” (AZAL) ilə birgə Bakının turizm imkanlarının təbliği məqsədilə yeni kampaniyaya start verib.
Dövlət Turizm Agentliyindən Adalet.az-a bildirilib ki, kampaniya çərçivəsində “Azərbaycan Hava Yolları” ilə səyahət edən yerli və xarici sərnişinlər dekabrın 29-dək AZAL-ın minik talonundan göstərilən tarixdən 48 saat ərzində “Bakı Şəhər Turu” avtobus biletlərinə 20 faiz endirim əldə edirlər.
Qeyd edək ki, 29 sentyabr - Azərbaycanda Turizm İşçiləri Günü münasibətilə AZAL sərnişinlərinə “Baku City Tour” avtobuslarında birgünlük pulsuz səyahət imkanı təqdim olunub.
Dünya təcrübəsində geniş istifadə olunan “Hop-On-Hop-Off” avtobus turları hər gün saat 11:20-dən 16:40-a kimi fəaliyyət göstərərək 80 dəqiqə müddətində paytaxtın əsas 15 turistik məntəqəsini əhatə edir. Avtobuslarda Azərbaycan, rus, ingilis, alman, fransız, fars, italyan və yapon dilləri daxil olmaqla 8 dildə ödənişsiz audiobələdçi mövcuddur.
Avtobus turları haqqında ətraflı məlumatla bu linkdən https://azerbaijan.travel/hop-on-hop-off-az tanış olmaq mümkündür.
Digər Xəbərlər
29 Dekabr 2025 16:01
Prezident Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqlədi
29 Dekabr 2025 15:00
Vətəndaşın pensiya kapitalından vaxtından əvvəl istifadə etməsi təklif olunur
29 Dekabr 2025 14:56
İşsizlikdən sığorta fondunun büdcəsi nə qədər olacaq?
29 Dekabr 2025 14:46
Prezident DSMF-nin 2026-cı il büdcəsini təsdiqləyib
29 Dekabr 2025 14:36
Evlərini kirayə verənlərə şad xəbər!
29 Dekabr 2025 14:35
“ƏDV geri al” gözəllik salonları və kosmetoloji mərkəzlərə də şamil olunacaq
29 Dekabr 2025 14:35
Naxçıvanda işçilərin sosial sığorta haqları subsidiyalaşdırılacaq
29 Dekabr 2025 14:16


Bakı -°C

