Tramp Avropanın Putin və Zelenski arasında görüş təşkil etmək planlarını açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Alyaskada keçirilən sammitdən sonra özünün, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə görüşün mümkünlüyünü şərh edib.
Adalet.az-ın məlumatına görə, Amerika lideri bu barədə "Fox News" telekanalına müsahibəsində bildirib.
"İndi məsələ prezident Zelenskinin əlindədir və mən həmçinin deyərdim ki, Avropa ölkələri bir az müdaxilə etməlidirlər, lakin bu, prezident Zelenskinin işidir. Düşünürəm ki, biz hazırıq və əgər onlar istəsələr, mən növbəti görüşdə olacağam. İndi onlar prezident Zelenskinin prezident Putinlə görüşünü təşkil etməyi planlaşdırırlar", - deyə o bildirib.
Digər Xəbərlər

Ukraynada atəşkəslə bağlı razılıq əldə olunub - KİV

Putinin təyyarəsini Amerika qırıcıları müşayiəti edib - VİDEO

Tramp: Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik

Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb

ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

Tramp-Putin görüşü başa çatdı - VİDEO - YENİLƏNİB

Ağ Ev Trampla Putinin görüşünə dair paylaşım edib
