ABŞ Prezidenti: Hələlik Rusiyaya qarşı sanksiyalar barədə düşünməyə ehtiyac yoxdur

ABŞ Prezidenti Donald Tramp hazırda Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi məsələsinə soyuq yanaşır.
Adalet.az-ın məlumatına görə, ABŞ lideri bu barədə rusiyalı həmkarı Vladimir Putinlə keçirdiyi görüşün nəticələrinə dair "Fox News" telekanalına müsahibəsində müvafiq sualı cavablandırarkən danışıb.
"Bu gün baş verənlərə görə düşünürəm ki, indi bunu düşünməyimə ehtiyac yoxdur", - deyə o bildirib. "Bilirsiniz, hesab edirəm ki, görüş çox yaxşı keçdi", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Bununla belə, o, gələcəkdə sanksiyalar məsələsinin gündəmə qayıda biləcəyini istisna etməyib. "Ola bilsin ki, iki və ya üç həftə sonra və ya bu kimi müddətdə bunu düşünməli olacağam, lakin məhz indi bunu düşünməyimizə ehtiyac yoxdur", - deyə Tramp qeyd edib.
Digər Xəbərlər

Ukraynada atəşkəslə bağlı razılıq əldə olunub - KİV

Putinin təyyarəsini Amerika qırıcıları müşayiəti edib - VİDEO

Tramp: Razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik

Tramp Putinlə Ukraynanın təhlükəsizliyi ilə bağlı böyük ölçüdə anlaşdıqlarını açıqlayıb

Tramp Avropanın Putin və Zelenski arasında görüş təşkil etmək planlarını açıqlayıb

Tramp-Putin görüşü başa çatdı - VİDEO - YENİLƏNİB

Ağ Ev Trampla Putinin görüşünə dair paylaşım edib
