16 Avqust 2025 10:31
181
DÜNYA

Putinin təyyarəsini Amerika qırıcıları müşayiəti edib - VİDEO

Amerikanın F-22 qırıcıları Alyaskadan Rusiyaya gedərkən Rusiya prezidenti Vladimir Putinin təyyarəsini müşayiət edib.

Adalet.az xəbər verir ki, Kremlin mətbuat xidməti müvafiq videoları dərc edib.

Avqustun 15-də Putin və Tramp Alyaskada dar tərkibdə danışıqlar aparıb. Onlar xarici siyasət idarələrinin rəhbərləri və onların köməkçilərinin iştirakı ilə üç saata yaxın danışıblar. Danışıqların əsas mövzularından biri Ukrayna böhranının həlli olub.