"Bakubus"ın ilk qadın sürücüləri sükan arxasında - VİDEO
İctimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə birgə həyata keçirilən təlim proqramını uğurla tamamlayan xanım sürücülər artıq "BakuBus" MMC-də rəsmi fəaliyyət göstərirlər.
Hazırda qadın sürücülər 141E və 121E nömrəli ekspres marşrut xətləri üzrə sərnişinlərə xidmət göstərirlər. Onların gündəlik fəaliyyətinə "BakuBus" MMC tərəfindən təyin edilmiş təcrübəli mentor-sürücülər tərəfindən peşəkar dəstək təmin edilir.
"BakuBus" MMC ictimai nəqliyyatda xidmət keyfiyyətinin yüksəldilməsi və sərnişin məmnunluğunun artırılmasını əsas prioritet kimi müəyyən edir. Qadın sürücülərin işə cəlb edilməsi ilk növbədə sürücü peşəsinə artan tələbatın qarşılanmasına mühüm dəstək verəcək, eyni zamanda, fəaliyyətin əsas prioritetlərindən olan xidmət keyfiyyətinin yüksəldilməsinə də müsbət təsir göstərəcək.
İlk fəaliyyət günlərindən etibarən xanım sürücülər peşəkar davranış, yol hərəkəti qaydalarına yüksək riayət və sərnişinlərlə mədəni ünsiyyət nümayiş etdirirlər. Bu amillər ictimai nəqliyyatda xidmət səviyyəsinin daha da yüksəlməsinə töhfə verir.
.
Digər Xəbərlər
27 Noyabr 2025 12:31
Sabah 17 dərəcə isti olacaq
27 Noyabr 2025 12:17
Azərbaycanda uşaqlara ən çox qoyulan adlar açıqlandı
27 Noyabr 2025 11:15
“Turizm enerji sektorundan sonra ölkəyə ən çox valyuta gətirən sahədir...”
27 Noyabr 2025 10:45
Bakıda “Mövsüm Yarmarkası” təşkil olunacaq
26 Noyabr 2025 17:58
Heyvan bazarlarında rekonstruksiya işləri nə yerdədir? - VİDEO
26 Noyabr 2025 16:05
Kəlbəcər şəhərinə köçən ailələrə mənzillərin açarları təqdim olunub - YENİLƏNİB
26 Noyabr 2025 14:16
Böyük Qayıdış həm də xatirələrə, köklərimizə qayıdışdır - VİDEO
26 Noyabr 2025 12:39


Bakı -°C

