Naxçıvanda əl qumbarası və top mərmisi tapılıb
Naxçıvanda silah-sursat aşkarlanıb.
Bu barədə Adalet.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə polis əməkdaşları tərəfindən ayrı-ayrı vaxtlarda Kəngərli və Ordubad rayonları ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin pirotexnikləri hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerlərinə baxış zamanı aşkar edilmiş sursatların 1 ədəd RQD-5 əl qumbarası və 1 ədəd UZRQ partladıcısı, 1 ədəd 85 mm-lik BR-365 top mərmisi olduğu müəyyən edilib.
Sursatlar pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb.
Digər Xəbərlər
27 Noyabr 2025 12:25
İmişlidə üç avtomobil toqquşdu, xəsarət alanlar var
27 Noyabr 2025 10:50
Abşeronda maşın aşıb, ölən var - ANBAAN VİDEO
26 Noyabr 2025 17:02
Bakıda yanan maşın söndürülüb - YENİLƏNİB
25 Noyabr 2025 19:15
“Soyuq əllər, isti ürək”də köşk YANDI - VİDEO
25 Noyabr 2025 11:25
Bakıda DƏHŞƏT: Ana 3 günlük körpəsini dənizə ataraq öldürdü
25 Noyabr 2025 11:00
İlin sonuna qədər AZAL təyyarəsinin qəzası ilə bağlı araşdırma təqdim ediləcək
25 Noyabr 2025 09:48
Bakıda yaşayış evində yanğın olub, iki nəfər xəsarət alıb - VİDEO
25 Noyabr 2025 09:40


Bakı -°C

