adalet.az header logo
  • Bakı -°C
26 Noyabr 2025 19:00
50
DÜNYA
A- A+

Rustem Umerov korrupsiya işi üzrə şahid qismində dindirilib

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Milli Anti-Korrupsiya Bürosu tərəfindən korrupsiya işi ilə bağlı şahid qismində dindirilib.

Adalet.az xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda“ məlumat yayıb.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının mətbuat xidməti Umerovun şahid qismində dövlət vəzifəlisinin fəaliyyətinə müdaxilə ilə bağlı epizod barədə izahat verdiyini təsdiq edib. Mətbuat xidməti əlavə edib ki, dinləmə konstruktiv şəkildə keçirilib.