Azərbaycan Universiteti “QS Avrasiya Forumu 2025”də təmsil olunub
Azərbaycan Universitetinin nümayəndə heyəti 25-26 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində yerləşən Mərkəzi Asiya Universitetində keçirilən “QS Avrasiya Forumu 2025”də (QS Eurasia Forum 2025) iştirak edib. Forumun builki mövzusu “Üfüqlərin genişləndirilməsi: ali təhsildə qlobal körpülərin qurulması” (Broadening horizons: Building global bridges in higher education) olub.
Tədbirdə Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva, ümumi işlər üzrə prorektoru Vüsal Əliyev, rektorun müşaviri, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva, Elmi işlər üzrə prorektoru Yusif Qasımov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Elmira İsmayılova iştirak ediblər.
Azərbaycan Respublikasının Elm və Təhsil Naziri Emin Əmrullayev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttərova, Özbəkistanın Ali təhsil, Elm və İnnovasiyalar Nazirliyinin birinci müavini Sardor Radjabov, Qazaxıstanın Elm və Ali Təhsil Naziri Nurbek Sayasat, “QS Quacquarelli Symonds”un prezidenti və idarə heyətinin sədri Nunzio Quacquarelli, eləcə də dünyanın bir sıra ölkələrindən universitet rəhbərləri, prorektorlar və digər rəsmi qonaqların iştirak etdiyi forumun məqsədi Avrasiya regionunun elmi-təhsil potensialını qlobal səviyyədə tanınan bir brendə çevirmək, ali təhsil müəssisələrinin rəqabət qabiliyyətini artırmaq, universitetlərin beynəlxalq reytinqlərdə mövqelərinin gücləndirilməsi, akademik əməkdaşlıqların genişləndirilməsi istiqamətində təcrübə mübadiləsinin həyata keçirilməsidir.
Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva forum çərçivəsində təşkil olunan “Sərhədləri aşan qadınlar: Avrasiya ali təhsilində yenilik yaradanlar” (Breaking barriers: Women shaping Eurasian higher education) adlı panel müzakirəsində çıxış edib. O, təhsil və elm sahəsində çalışan qadınların rolu, onların qarşılaşdığı çağırışlar və nailiyyətlər, eləcə də beynəlmilləşmənin universitet üçün strateji əhəmiyyəti barədə forum iştirakçılarına geniş məlumat verib.
Azərbaycan Universitetinin “QS Avrasiya Forumu 2025”də iştirakı ali təhsil müəssisəsinin beynəlxalq akademik əməkdaşlığa verdiyi prioriteti, qlobal təhsil şəbəkələri ilə əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsini və regional akademik mühitdə fəal mövqeyini təsdiqləyən əhəmiyyətli göstəricidir.
Digər Xəbərlər
01 Aprel 2026 15:59
Bu məktəbdə tədris dayandırıldı
01 Aprel 2026 11:14
Buraxılış imtahanında iştirak edəcək doqquzuncuların nəzərinə!
01 Aprel 2026 10:49
Bu şəxslər də müəllim işləyə biləcək
31 Mart 2026 16:20
I sinfə qəbulda prioritet tətbiq olunacaq məktəblərin siyahısı açıqlandı
23 Mart 2026 12:12
Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi - FOTOLAR
19 Mart 2026 10:39
Dövlət qulluqçularının əməkhaqqı sistemində əlavələr ləğv edildi
18 Mart 2026 19:00
Ağalı kənd məktəbinə yeni direktor təyin edildi
18 Mart 2026 11:15


Bakı -°C

