adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7

TOYLARIMIZA TUTULAN TOY

OQTAY SALAMOV
21208 | 2007-07-25 05:36
Subaylarınızdan görəsiniz, toy bizim ən gözəl və fərəhgətirən adətlərimizdəndir. Həm iki gəncin - sevginin vüsalı, həm iki nəslin qohum olması və ya qohumluğunu təzələməsi, tanışların, çoxdan görüşə bilməyənlərin görüşməsi, cavanların tanış olması, xanımların ( elə bəzi kişilərin də) paltarlarını, zər-zibalarını nümayiş etdirməsi, nüfuzlu qonağa yarınmaq, imkan nümayişi... və sadalamadığımız daha onlarla məqam bircə toy məclisində realizə olunur.
   
   Rəhmətlik Tofiq Bayramın "Vağzalı çalınır" şeri (mən "şer"i "şeir" kimi yazmağa adət eləməmişəm) yadıma düşür: "Duvağa bürünüb yola düşürsən". Ruhun şad olsun, şair, indi bürünüb yola düşmək dəb deyil, əynində əynindən başqa nəsə varsa buna da şükür... "Qonşular telinə çiçək bağlayır" Nə tel, nə çiçək, nə qonşu?..

TƏQVİM / ARXİV