adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7

CiNSSiZLƏR

OQTAY SALAMOV
33180 | 2012-09-29 00:12
Ötən həftə bizim saytların birində "Azərbyacanda 35 nəfər cinsini dəyişmək istəyib" -ARAŞDIRMA yazısını oxudum. Düzünü deyim ki, münasibət bildirməyə çətinlik çəkirəm. Cinsiyyətin dəyişdirilməsi problemi dünyada olan işdir, Azərbaycanın da dünyanın bir hissəsi olması istər-istəməz bu əməliyyatların burada da keçirilməsini qaçılmaz edir. Amma Azərbaycanda ibnələrin həyasızlığı, cinsi azlıqların tərbiyəsizliyi, xalq arasında müsbət qarşılanmaması, kişilik-qadınlıq məqamlarının qiymətləndirilməsi müzakirə açılmasını tələb edir.
   
   Mən bilmirəm Hollandiyada cinsini dəyişdirmək istəyənlərin kişi-qadın nisbəti necədir. Əslində mən bu adamların kişi və qadın nisbəti deyəndə nəyin nəzərdə tutduğumu heç özüm də bilmirəm. Belələrinin xəstə olub-olmamasını da deyə bilmərəm, amma belələrinin ibnəliyi, həyasızlığı birmənalı olaraq adamda ikrah yaradır.
   
   Son illərdə estetik-plastik əməliyyatların bir növü olan cinsiyyətin dəyişdirilməsi bu gün Azərbaycanda da geniş vüsət almaqdadır. Daha doğrusu artıq bu əməliyyatlar bizdə adi hala çevrilmişdir.
   
   Deyir, kimisində anadangəlmə, kimisində sonradan əmələ gəlmiş cins dəyişmək istəyi vaxt keçdikcə, özünü büruzə verir. Anadangəlmə xəstəlik kimi olan bu halın Allahın yaratdığı cinsdə saxlanması məncə daha münasibdir. Yəni ancaq Hermes və Afroditanın oğlu olan. Qermofraditin adını daşıyan xəstəlik zamanı cərrahiyyə əməliyyatı aprılaraq ikili cinsiyyətin birini ləğv etmək başadüşüləndir. Amma sonradan əmələ gəlmiş (daha doğrusu əmələ gətirilmiş) nə Allaha xoş gələn işdir, nə də bəndəyə. Amma sən saydığını say, gör onlar nəyi sayırlar...g
   
   Azərbaycanda cinsin dəyişdirilməsi əməliyyatlarını həyata keçirən yeganə həkim Avropa-Beynəlxalq Estetik, Plastik və Rekonsturktiv Cərrahlar Cəmiyyətinin üzvü Camal Əzimzadədir. O, bu əməliyyatları ölkədə 2002-ci ildən reallaşdırır.
   
   Amma elə bu məlumatın əvvəlində deyilən sözlər adamda şübhə yaradır ki, adı çəkilən mütəxəssis yeganədir. Çünki bunun əvvəlində deyilir ki, yerli mütəxəssislər deyirlər ki, ölkəmizdə bu əməliyyat daha ucuz olduğuna görə cinsini dəyişmək istəyənlər bizim həkimlərə daha çox müraciət edirlər. Azərbaycanda cinsin dəyişdirilməsi 15-30 min dollara başa gəlir. Eyni əməliyyat Türkiyədə 140 min dollardır. Yaxşı eləyirsiniz, əlinizə dönüm, lap istəyirsiniz pulsuz əməliyyat eləyin. Xərçəng deyil, böyrək əməliyyatı deyil ki, baha eləyəsinizg
   
   Məmləkətdə yeganə mütəxəssis Camal Əzimzadə deyir ki, cinsini dəyişdirmək istəyən kişilərin sayı qadınlardan daha çoxdur. "Mənim statistikam göstərir ki, müraciət edənlər arasında 4 kişiyə 1 qadın düşür. 2002-ci ildən indiyədək cinsin dəyişdirilməsi üçün təxminən 30-35 nəfər müraciət edib. Cinslərini dəyişmək istəyənlər 22-30 yaşarası gənclər olur. İndiyədək müraciət edənlərdən yalnız 9-u əməliyyat olunaraq, cinsini dəyişib. Həmin şəxslərin 1-i qadın, qalan 8 nəfər isə kişi olub. Cinsini dəyişmiş şəxslər əməliyyatdan sonra çevrildikləri cinsin heç bir funksiyasını yerinə yetirə bilmirlər. Məsələn, qadına çevrilmiş kişi ana, kişiyə çevrilmiş qadın ata ola bilməz".
   
   Allaha and olsun, bu söhbətlərdə kimin kişi, kimin qadın olub-olmamasını ayırd edə bilmirəm. Yəni "4 kişiyə bir qadın düşür", "Həmin şəxslərin 1-i qadın, qalan 8 nəfər isə kişi olub" deyəndə kimlər nəzərdə tutulur? Bunlara kişi, qadın demək olar?
   
   Araşdırmanın müəllifi Gültəkin Ələskər işinə vicdanla yanaşaraq elmi münasibətləri, tarixi faktları göstərib. Belə çıxır ki, "Fiziki baxımdan qadına xas özəlliklərə sahib, lakin cinsiyyətinə görə kişi olan insanlar transseksual adlanır. Bu əksinə də ola bilər, qadın olub özünü kişi kimi hiss edənlər də var. Tibb elminə görə, əməliyyatla cinsini dəyişdirmiş transseksuallar artıq bu cür adlandırılmamalıdırlar, çünki artıq o, olmaq istədiyi və özünü hiss etdiyi kimi olur". Yəni əməliyyatdan sonra Bülənd bəy olar Bülənd xanım. (Hərçi-bətərinə lənət, ay dünya).
   
   Yazıda deyilir ki, dünyada ilk cinsiyyət dəyişdirmə əməliyyatını amerikalı transseksual kişi Kristin Kongensen keçirib. Dini cəmiyyət bu əməliyyatı yaxşı qarşılamadığından, xəstəxanalara təzyiq edildiyindən transseksuallar cərrahi əməliyyatlar üçün xaricə getmək məcburiyyətində qalıblar. Yazıqlar, gərək Azərbaycana gələydilər. Həm ucuz, həm də qınayan da yoxdur. Sən demə, vaxtilə Amerikada bu cür insanlara ruhi xəstə kimi baxırdılar, belə adamları elektroşokla müalicə edirlərmiş.
   
   Yazıdan bir bölümü olduğu kimi sitat gətirməkdən çəkinmirəm: "Cinsiyyətini dəyişənlərlə bağlı dinin də mövqeyi birmənalı deyil. Dindarların dediyinə görə, Allah insan övladını yaradanda kişi və ya qadın olacağına özü qərar verir. Əgər insan öz orqanizminə gərəksiz müdaxilələr edirsə, gərəksiz əməliyyatlar keçirirsə, o zaman o, Yaradana qarşı çıxmış olur. Yox, əgər cinsiyyəti dəyişmək həyatda qalmaq deməksə, buna din bir söz demir. Yəni qadın əməliyyatla kişi olmasa və ya əksinə, kişi qadına çevrilməsə həyati təhlükə yaranacaqsa, islam dini buna qarşı çıxmaz. Çünki söz mövzusu insan həyatıdır və insan zamansız Yaradana qovuşacaqsa, bunu önləmək üçün cinsiyyətini dəyişmək çarədirsə, o zaman bu prosses gerçəkləşdirilə bilər".
   
   İndi isə İran İslam Respublikasının cins dəyişmədə birinci olduğunu nəzərinizə çatdırmalıyam. Özü də bunu az qala dini məqsədlə elədiklərini iddia edirlər. Deyir, İran hökumətinin apardığı rəy sorğusuna əsasən, bu ölkədə hər il 300-400 nəfər cinsini dəyişmək üçün əməliyyat olunur. Bunu İranın gey hərəkatının fəalı Ərşam Parsi deyib. O bildirib ki, hər il cinsini dəyişdirən şəxslərin çoxu transseksual deyil:
   
   "Bizim 2004-cü ildə apardığımız rəy sorğusuna əsasən, cinsini dəyişmək üçün əməliyyat olunanların 45%-i homoseksuallardır. Onlar İranda təhlükəsizliklərini təmin etmək və sağ qalmaq üçün əməliyyat olunduqlarını bildiriblər".
   
   Qeyd edək ki, İran cinsini dəyişmək üçün ən çox əməliyyat edilən ölkələrdən biridir. Bu ölkənin şəriət qanunlara görə, geylər barəsində ölüm hökmü çıxarıla bilər. İndiyədək İranda cinsini dəyişmək üçün edilən əməliyyatların xərcinin bir qismini dövlət ödəyib. Lakin bundan sonra bu cür əməliyyatların xərcini sığorta şirkətləri qarşılayacaqg
   
   Bu yazı üzəridə işləyərkən bir xəbərə də rast gəldim. Mövzuya aidiyyəti olmasa da, fikrim mövzuda olduğundan avtomatik olaraq qeyd edirəm: "Hüseyn Dəryanın Azərbaycandakı fəaliyyətinə qadağa qoyula bilər".
   
   Allahu əkbər, adamı o qədər hövsələdən çıxarırlar ki, adları üstündə olan şou-biznes "kişi"lərini qoyub yazıq Hüseyn Dəryanın ünvanına söz deyirəm...g
   
    P.S. Lut peyğəmbər, İbrahim peyğəmbərlə eyni dövrdə yaşamışdır. Hz. Lut, Hz. İbrahimə qonşu qövmlərdən birinə elçi olaraq göndərilmişdi. Bu qövm, Quranda ifadə olunduğuna görə, o günə qədər dünya üzərində görülməmiş bir pozğunluğu, biseksuallığı tətbiq edirdi. Hz. Lut, onlara bu pozğunluqdan imtina etmələrini söylədiyində və onlara Allahın ilahi təbliğini gətirdiyində onu yalanladılar, peyğəmbərliyini inkar etdilər və pozğunluqlarına davam etdilər. Bunun nəticəsində də qövm, qorxunc bir fəlakətlə həlak edildi.

TƏQVİM / ARXİV