adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
10 May 2019 17:28
89042
LAYİHƏ

TOVUZUN SAZ-SÖZ ADAMLARI

Tovuz həm dəaşıqlar diyarıdır. Azərbaycana Dədə Qorqud öyüdlü, Dədə Qorqud qopuzlu aşıqlarbəxş eləyən bu yurdun tanınmış saz-söz sənətkarları çoxdur, lap çoxdur.Saymaqla, yazmaqla nə qurtarasıdı, nə də ki, bitib-tükənəsi.

Sazı iləruhumuzu oxşayan, sözü ilə könlümüzü fəth eləyən, hər kəsi sevməyə, sevilməyə,bir olmağa, güclü olmağa səsləyən, elin dar günündə öndə dayanan, xalqın kədəriləkədərlənən, sevincilə sevinən aşıqlarımız böyük sevgilərə layiqdirlər. Heç də təsadüfideyildir ki, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, millət vəkili, AzərbaycanınBirinci xanımı, vitse-prezidenti Mehriban xanım Əliyevanın aşıq sənətinin,sazımızın qorunub inkişaf etdirilməsində, təbliğində göstərdiyi yorulmaz fəaliyyətinəticəsində Azərbaycan aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısınadaxil edilib. Bu, qürurvericidir. Həm də sevindirici haldır ki, bu gün sazımızın səsi ən yüksək səviyyəliBeynəlxalq tədbirlərdən gəlir.

Avropanın vəbütün dünyanın böyük şəhərlərində telli sazımız milyonlarla insanı heyrətə gətirir.

Dilimizi, millimədəniyyətimizi, tariximizi yaşadan, qoruyub-saxlayan, insan ləyaqətini, bəşərihissləri, duyğuları, təmiz sevgini, ülvi məhəbbəti, qəhrəmanlığı təbliğ eləyənaşıq sənətinə ehtiram göstərmək mənəvi borcumuzdur.

Aşıqlar diyarıTovuzda yetişən el sənətkarlarının səsi-sorağı Azərbaycanın sərhədlərinəsığmır. Səməd Öysüzlü, Hüseyn Bozalqalı, Əsəd Rzayev, Mirzə Bayramov, Qəhrəmanİbrahimov, Vəli Bozalqanlı, Xəyyat Mirzə, Nəcəf Hüseynov, Qədir İsmayılov, YusifYusifov, Azaflı Mikayıl, Əkbər Cəfərov, İmran Həsənov, Ələsgər Tağıyev, XanlarMəhərrəmov, Əli Quliyev, Zülfiyyə İbadova kimi aşıqların sazını-sözünüduymayan, sehrinə düşməyən varmı?

...Tovuzun gözəltəbiəti, zəhmətkeş insanları, zəngin sərvəti var. Bu elin adlı-sanlıziyalıları, alimləri, şair və yazıçıları, igid oğulları, qəhrəmanları... Azərbaycanınşöhrətini daha da ucaldır, Vətən üçün, xalq üçün gərəkli, faydalı işlər görürlər...


Tovuzun el sənətkarları,el şairləri, aşıqları, saza-sözə könül verən duyğulu adamları da vətənə, xalqa,mədəniyyətə öz xidmətlərilə seçilirlər. Tovuzlular saza ürək dostu, könülyoldaşı kimi baxırlar, sazı heç zaman hörmətdən düşməyə qoymazlar, sazı Məkkəkimi, Mədinə kimi müqəddəs sanarlar. Ona görə də saz ən urvatdı yerlərdən, evdədivara vurulmuş xalçanın, gəbənin üstündən asılar, Qurani-Kərim kimi əziztutular, istər el şənliklərində, istərsə də dərdin, qəmin sel kimi çağlayanvaxtlarında saz köynəkdən çıxarılar və hisslər, duyğular simlərə axıdılar,bununla da yüngülləşən kimi olurlar. Tovuz elində telli saz ustaları çoxdur.Onların hər biri haqqında söhbət açmaq o qədər də asan məsələ deyil, bu, birinstitut kollektivinin işidir. Ona görə dətəkcə Tovuzda deyil, Azərbaycanda, yaxın-uzaq ölkələrdə tanınan və sevilənaşıqlardan az da olsa söhbət açmalı olduq.Tovuzun bir çox kəndlərini gəzib-dolaşdıq; Əlmərdanlıda, Bozalqanlıda,Qaraxanlıda, Gilovdarlıda, Xatınlıda, Köhnəqalada, Aşağı Əyyubluda, Alakolda...bir sözlə, hansı kənddə, hansı evdəqonaq olduqsa, orada saz gördük, hələ işıq üzü görməmiş şeirlərə qulaq asdıq.Saza-sözə diqqət kəsildikcə mənən saflaşdığımızı, ruhən təmizləndiyimizi, içdünyamızın ağappaq işıqla dolduğunu hiss elədik. Gözəl, yatımlı saz havalarımin illərdən soraq verirdi. Atların kişnərtisini, qılıncların toqquşaraqyeri-göyü lərzəyə gətirən səsini, igidlərin nərəsini eşidirdik. Gözlərimizönündə bir əlində saz, bir əlində qılınc tutan igidlər canlanırdı.

Erməni faşistlərininbir qarış torpağını da yağmalaya bilmədiyi Tovuz elinin hər daşına, hərqayasına, hər qarış torpağına, quru çöpünə belə müqəddəs varlıq kimi baxırdıq.Saz havalarını dinlədikcə Tovuz igidlərinin yaralarından hər qarış torpağadamla-damla axan qanı görürdük, onların qanı torpaqla yoğrulurdu, torpaqdan buğçıxırdı, torpaq daha da müqəddəsləşirdi, qibləgaha, səcdəgaha çevrilirdi.

Tovuzun çoxsaylısaz-söz ustadlarından, sənət dünyasında öz yeri olan tanınmış aşıqlarından,qoşmaları, gəraylıları, təcnisləri... ilə elin yaddaşına köçüb yaşayan azman sənətkarlardan,türklərin ilkin çalğı aləti olan qara sazla ömrünün sonuna kimi yoldaşlıq,dostluq eləyən, həzin, ülvi, incə, zərif saz havaları ilə ürəyimizi ovsunlayankönül adamlarından söz açdıqca könlümüz açılırdı.

Ürfani, Dilqəmi,Kərəmi, Baş sarıtel, Orta sarıtel, İncəgülü, Qaraçı... havaları yanar ürəyimizəsu çiləyirdi. Eyni zamanda döyüşkən, çılğın saz havaları - Cəngi, Qəhrəmani,Sürütmə Koroğlu, Koroğlu bozuğu və s. kimi saz havaları da eşidirdik.

Tovuzun aşıqlardiyarı kimi tanınmasında Bozalqanlı, Azaflı və Əlimərdanlı kəndlərinin xüsusiyeri vardır. Saza-sözə vurğunluq, sözə dəyər vermək, sözü-sözdən seçmək hər kəsəmənsub olan xüsusiyyətdir.

Bozalqanlıdaustad aşıqlar çox olub və bu gün də var olmaqdadır.

BozalqanlıXalıqverdi qoşqularının birində bu kəndin sənət dünyasında yerini haqlı olaraqbelə tərənnüm etmişdir:


Telli Əsədqoçaqdı, Qəmbər ayaqlı,

Tanrıverdihaqlı, Mamoy sayaqlı,

Qırx ikiyataxlı, Kərim ləyaqlı,

Kəlvay Əsəd məkanlıBozalqanlıyam.


DəmirçiHüseynli, şair Hüseynli,

Aşıq Ələs ünlü,Vəli dügünlü,

Xəyyat Mirzəgünlü, Həmzə Küskünlü,

Kəsilməz gümanıBozalqanlıyam.


Zurnaçı Lələli,Ovalar səsli,

Mirzə zümzüməli,Əkbər nəfəsli,

Ələsgər şövqlü,Bimar həvəsli,

Nəhənglərmeydanı Bozalqanlıyam.

Azərbaycan aşıqsənətinin ən görkəmli nümayəndələrindən sayılan, 1863-cü ildə dünyaya göz açanHüseyn Məşədi Cəfərqulu oğlu Quliyev də Bozalqanlı kəndindəyaşayıb-yaratmışdır. Göyçəli Aşıq Ələsgər də bir vaxtlar ona böyük dəyərvermiş, ona hörmət bəsləmiş, Aşıq Hüseyn Bozalqanlını yüksək qiymətləndirmişdir.

Aşıq Hüseyn Bozalqanlıilə Aşıq Ələsgər saz götürüb qabaq-qabağa deyişiblər. Bu deyişmədə Aşıq HüseynBozalqanlının qalib çıxması barədə söz-söhbətlər gəzməkdədir. Şair-aşıq HüseynBozalqanlı çox şəyirdlər yetirmiş, neçə-neçə aşığa ustad dərsi keçmişdir. Ustadaşıqlardan bir çoxu - Əlimərdanlı Nəcəf, Kor Ələkbər (Xatınlı), Dəmirçi HüseynBozalqanlı o böyük sənətkardan ustad dərsi almış, onlar da öz növbəsində neçə-neçəşəyird yetirmişlər.

Yüz illərdən bərizamanın sərt küləklərinə, repressiyalarına, qanlı-qadalı çağlarına davam gətirəntelli saz heç vaxt susmamış, ən zalım, ən qəddar hökmdarlarla belə üz-üzədayanmış, haqsızlığa, ədalətsizliyə meydan oxumuşdur.

Bəli, sazdaçağlayan səs xalqın səsidir, xalqın nəfəsidir. Sazı sinəsinə basıb meydanaçıxan aşıq xalqın sözünü dilə gətirir, nəfəsində xalqın nəfəsini, səsindəxalqın səsini duyur. Xalqın ruhundan doğmuş, ruhundan qidalanmış aşıq sənətiniyaşadan və bu gün də yaşadan ustad sənətkarlardan, tanınmış aşıqlardan yazmaq şərəfişidir.

(ardı növbəti sayımızda)

Əbülfət Mədətoğlu