adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
02 May 2024 13:15
739
SİYASƏT

 66 senatordan "Azərbaycana sanksiya, Ermənistana 200 milyon dollar yardım" ÇAĞIRIŞI

66 ABŞ konqresmeni Konqresi  Qarabağdan könüllü çıxan ermənilərə 200 milyon dollar ayırmağa və Ermənistana özünü Azərbaycanın təcavüzündən qorumağa kömək etməyə çağırıb.

Beləki, Amerikadakı erməni diasporunun fəaliyyətinin koordinasiyası ilə məşğul olan Amerika Erməniləri Milli Komitəsinin (ANCA) qızğın anti-Azərbaycan fəaliyyəti nəticəsində ermənipərəst konqresmenlər hərəkətə keçib və bəyanat imzalayıblar.
Bəyanatda ABŞ Konqresinin Nümayəndələr Palatasının 66 üzvü  ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsinin rəhbərlliyinə " artsax qaçqınlarına 200 milyon dollar ayırmağa, ABŞ-ın Ermənistana hərbi yardımını genişləndirməyə, Azərbaycana bütün hərbi və təhlükəsizlik maliyyələşdirməsini dayandırmağa və Azərbaycanın hərbi cinayətkarlarına qarşı sanksiyalar məsələsini araşdırmağa" çağırıb.
Məktub ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr üzrə Alt Komitəsinin sədri Mario Diaz-Balarta və deputat Barbara Liyə göndərilib.


Göndərilən məktubda "Qarabağdan olan ermənilər üçün 200 milyon dollar vəsaitin ayrılması, ABŞ-ın Azərbaycana göstərdiyi hərbi və təhlükəsizlik yardımının dayandırılması tələb olunur. Məktubda ABŞ dövlət katibi Azərbaycan rəsmilərinə qarşı mümkün sanksiyaların tətbiqi məsələsini dəyərləndirməyə çağırılır. Bundan əlavə, Ermənistana 20 milyon dollar hərbi maliyyə, beynəlxalq hərbi təhsil və təlim üçün daha 10 milyon dollar ayrılması çağırışı var. Həmçinin Ermənistana hüquqi islahatlar üçün 10 milyon dollar, demokratik islahatlar üçün isə daha 10 milyon dollar ayrılması çağırışı varr: “ABŞ-ın (red. Azərbaycan rəsmilərinin) beynəlxalq hüququn bu pozuntularına görə cavabdehlik daşıması üçün sanksiyalar tətbiq etmək barədə ciddi düşünməsinin vaxtı çoxdan çatıb”.


Qeyd edək ki, ötən il ABŞ Senatı “2023-cü il Ermənistan Müdafiə Aktı”nı qəbul edib.
Senatın saytında bildirildi ki, Akta əsasən, ABŞ Prezidenti “Azadlığa Dəstək Aktı"na “907-ci düzəliş”in icrasını həyata keçirməkdən imtina etmək hüququndan məhrum edilir. Başqa sözlə, sənəd Azərbaycana hərbi yardımın qadağan olunmasını nəzərdə tutur.
Sənəd, digər məsələlərlə yanaşı, Ermənistana xaricdən hərbi məqsədlərlə maliyyənin ayrılmasına icazə verir.
Qanun layihəsi Konqresin Nümayəndələr Palatası tərəfindən qəbul edildikdən və ABŞ Prezidenti tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.
Sənədin müəllifləri senatorlar Robert Keysi, Harri Piters, Bill Kessidi, Cin Şeyhin, Con Kennedi, Co Rikets, Marko Rubio və Kris Van Hollendir. Anlayacağımız odur ki, Ermənistanda “artsax” mövzusu bitsə də ,ABŞ da bu mövzu köhnəlmək bilmir.

 Əntiqə Rəşid