Tovuzda keçmiş məhkumu bıçaqla öldürüb yol kənarına atdılar - VİDEO
Tovuzda yol kənarında kişi meyiti tapılıb.
Adalet.az hüquq-mühafizə orqanlarına istinadən xəbər verir ki, meyit aprelin 5-də səhər saatlarında aşkarlanıb.
Əhməd Cavad küçəsində aşkarlanan meyit 1991-ci il təvəllüdlü Mehdiyev Elnur Valeh oğluna aiddir. İlkin araşdırma nəticəsində qətlin aprelin 4-nə keçən gecə törədildiyi məlum olub.
Ölən şəxsin bədənində iki bıçaq yarası aşkarlanıb. O da məlumdur ki, E. Mehdiyev əvvəllər dəfələrlə oğurluq və avtomobil qaçırılmasına görə məhkum edilib.
Cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam etdirirlir.
Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb.
Cinayətin motivi hələlik bəlli deyil.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21