Tokayev Türkiyəyə rəsmi səfər edəcək

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türkiyəyə rəsmi səfər edəcək.
Adalet.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, K.Tokayev burada türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə danışıqlar aparacaq.
İki dövlətin liderləri iyulun 29-da danışıqlar aparacaq və Qazaxıstan – Türkiyə strateji tərəfdaşlığının daha da gücləndirilməsini müzakirə edəcəklər.
"Prezidentlər, həmçinin Qazaxıstan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasını keçirəcəklər", - məlumatda bildirilib.
Digər Xəbərlər

Qəzzada acından ölənlərin sayı 162-yə çatıb

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır
