İspaniyanın erməni saxtakarlığını rəsmən tanıyan 43-cü şəhəri:Alboraya

Xatırlayırsınızsa, 2015-ci il aprelin 15-də Avropa Parlamenti Brüsseldə keçirilən iclasında qondarma “erməni soyqırımı”na dair qətnamə layihəsi qəbul etdi. Hadisə Türkiyə və Azərbaycanda ciddi rezonans doğurdu. Məhz elə bu olaydan sonra saxta erməni soyqırımını tanıyanların sayı fantastik şəkildə artmağa başladı.
Adalet.az xəbər verir ki, Alboraya İspaniyada erməni soyqırımını rəsmən tanıyan 43-cü şəhər oldu. Şəhər şurasındakı altı partiya - hakim Sosialist Partiyası (PSOE) və Kompromis, Xalq Partiyası (PP), VOX, Alboraya Actua və Sol Birlik (Esquerra Unida-Unides Podem per Alboraya) - yekdilliklə İspan İttifaqının "Ararat" partiyasının təqdim etdiyi ərizə əsasında Kompromisin təqdim etdiyi bəyanatın lehinə səs verdilər.
Xatırladaq ki, hələ 2012-ci ildə İspaniya parlamenti uydurma “erməni soyqırımı”nı tanımaqdan imtina etmişdir. Buna baxmayaraq , hazırda ölkənin 43 şəhərinin rəsmiləri ermənilərə məxsus saxta soyqırımını tanıdıqlarını bildirib, qanun qəbul etdiklərini deyiblər.
Əntiqə Rəşid
Digər Xəbərlər

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır

Rusiya Kramatorska zərbə endirib - 3 ölü, 10 yaralı
