Rüsiyalı jurnalist Fransaya buraxılmadı

Fransanın Moskvadakı konsulluğu, Rusiyalı jurnalist Polina Kovalyovaya Fransaya getmək üçün viza verməkdən imtina edib. Diplomatik korpus, rusiyalı KİV nümayəndəsini, ölkəsinin təhlükəsisliyinə ictimai təhlükə və iğtişaş yarada biləcəyi səbəbi ilə Fransaya getməsinə icazə verməyib.
Fransa konsulluğunun bu hərəkəti Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarovanı yaman əsəbləşdirib. Xanım Zaxarova Fransanı, peşə fəaliyyətlərinin həyata keçirilməsi üçün KİV-lərə şərait yaradılması ilə bağlı, beynəlxalq öhtəliklərə əməl etməməkdə günahlandırıb və Parisə adekvat cavab veriləcıyi ilə hədələyib.
Fransa nə etməlidir ki? Rusiya KİV-ləri jurnalist vəsiqəli FTX-nın (KQB-nin) əməkdaşları ilə doldurub. Hansını dindirirsən Kremlin "diliylə" danışır...
Rüstəm Hacıyev
Digər Xəbərlər

Finlandiya prezidenti Fələstini tanımağa hazır olduğunu bəyan edib

Zelenski: Ukrayna Rusiya ilə dövlət başçıları səviyyəsində danışıqlara hazırdır

İspaniyanın erməni saxtakarlığını rəsmən tanıyan 43-cü şəhəri: Alboraya
