“Titanik”in xilasedici jileti hərracda satıldı
"Titanik” gəmisinin sərnişininə məxsus xilasedici jilet hərracda 715 min dollara satılıb.
Adalet.az xəbər verir ki, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb.
Bildirilib ki, bu, Atlantik okeanında qəzaya uğramış gəmidən günümüzə qədər qorunub saxlanılan nadir xilasedici jiletlərdən biridir. Jilet ilk dəfə İngiltərənin Uiltşir qraflığının Deyvayziz şəhərində hərraca çıxarılıb.
Məlumata görə, jilet birinci sinif sərnişini Laura Mabel Fransatelliyə məxsus olub. O, “Titanik” aysberqlə toqquşduqdan sonra xilasedici qayıqla gəmini tərk edərkən bu jileti geyinib. Əşya uzun illər Fransatellinin ailəsində saxlanılıb, daha sonra isə şəxsi kolleksiyaçı tərəfindən əldə edilib.
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

