"Turan" çempion oldu
Aprelin 19-da Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində qadın voleybolçuların Yüksək Liqasında final oyunu keçirilib.
Adalet.az xəbər verir ki, həlledici oyunda “Turan” və “DH Volley” komandaları üz-üzə gəliblər. Gərgin idman mübarizəsi ilə yadda qalan matç "Turan" komandasının qələbəsi ilə yekunlaşıb. İlk hissədə "DH Volley" 10 xal fərqlə (25:15) qalib gəlsə də, ardıcıl iki setdə üstün olan "Turan" hesabda önə çıxıb: 25:21 və 25:19.
Matçın dördüncü seti isə başabaş mübarizə şəraitində keçib. Setin sonlarında daha dəqiq oynayan "Turan" komandası hissəni öz xeyrinə başa vurub: 25:23. Bununla da, ümumi hesabda 3:1 hesabı ilə qalib gələn "Turan" Yüksək Liqanın çempionu olub.
Qeyd edək ki, Yüksək Liqanın bürünc mükafatçısı "Milli Aviasiya Akademiyası"na 3:0 (18:25, 21:25, 21:25) hesabı ilə qalib gələn "Gəncə" komandası olub.
Digər Xəbərlər
19 Aprel 2026 17:30
"Santos" Robinyonun oğlu ilə müqaviləni yenilədi
19 Aprel 2026 15:40
“Hakimlər Hidayətə çempion olmağa imkan vermədilər” - VİDEO
19 Aprel 2026 14:26
"Sabah"ın zədələnən oyunçusunun son durumu
19 Aprel 2026 12:59
Azərbaycan Premyer Liqasında XXVIII tura yekun vurulacaq
19 Aprel 2026 12:00
Toralın formasına görə tribunada mübahisə yarandı - İşə polis qarışdı - VİDEO
18 Aprel 2026 23:59
"Qalatasaray" səfərdə qələbə qazandı
18 Aprel 2026 23:53
Qurbanov Elvin Cəfərquliyevdən danışdı: "Hər dəfə səhvlərə göz yummaq olmaz"
18 Aprel 2026 23:05


Bakı -°C

