Səhv düşəndə yerimiz...
Bu dünyada hər kəs yerində olanda gözəl olur. Elə ki, bir başqasının kimsə, yerin tutur, bax onda aləm bir-birinə dəyir... Birini təsadüfən layiq olmadığı vəzifəyə təyin edirlər, ya da başqa birisinə Allah-təala var- dövlət, pul qismət eləyir, gözləri ayaqlarının altını görmür. "
Babam mənə kor deyib, gəlib- gedəni vur deyib" prinsipi ilə işləyir. Yanına gələnlərə kömək etmək, əl tutmaq əvəzinə insanların başında turp əkir və işçilərinə gün verib, işıq vermir! Belə bir vəzifəli adamın dostu hər gün onun qəbuluna gəlir, amma dostu onu qəbul eləmir. Və günlər birində onu vəzifəsindən azad edirlər.
O, dostu ilə bir yas məclisində görüşür. Dostu deyir ki, mən hər həftə gəlib qəbuluna düşə bilmirdim . Sənin iş yerinin yanındakı uca çinar ağacının yanında dururdum ki, məni görəsən.
Dostu da deyir ki, ay rəhmətliyin oğlu, o vaxt vəzifədə olanda nəinki səni , yanında durduğun çinar ağacını görmürdüm! Bax belə olanda səviyyəsiz, savadsız, cahil insanların iç üzü açılır! Belə yerdə xalq şairi Qabilin aşağıdakı misraları yada düşür: " Müsibət oluruq biz , Səhv düşəndə yerimiz..."
Emil FAİQOĞLU


Bakı -°C

