Bir də görürsən ki, açılan solur...
Bu dünyanı heç kim tutub getməyəcək! Və bütün canlılar, o cümlədən insanlar ölümü dadacaqlar. Amma ölüm gələn qədər elə insanlar var, yaxşılıq əvəzinə, başqalarına pislik edirlər .
Elə bilirlər ki, onlar ölməyəcəklər! Onlar da öləcəklər və elədikləri pisliklərin cəzasını o dünyada yox, bu dünyada alacaqlar! Əfsus ki, belə insanlar qəbir evinə kimi ev yıxır, haqqa girir, qeybət edir, söz gəzdirir, fitnə- fəsad yaradır! Bütün bunları çox adam görür, ancaq abırına sığınıb dayanır!
Biz insanlar bir həqiqəti dərk edə bilmirik ki, biz nə ediriksə, Allah onları görür və bilir! Və yaradan da insanlar yaxşı və pis əməllərə görə, ya mükafatın , ya da cəzasın verir.İntəhası , hər şeyin geci, tezi var.Bu dünyaya milyardlarla insan gəlib və milyardlarla da insan gedib. Şahlar, Prezidentlər, Baş Nazirlər, Nazirlər, Milyarderlər, Milyonlar , Varlılar olub! Heç onların çoxunu heç kim tanımır. Amma Allah onları bəndələrdən daha yaxşı tanıyır.Hamı bilməlidir ki, bu dünya fani dünyadır, vəfasızdır! Heç olmasa, insanlar bir-birinə sədaqətli olsunlar.
Ancaq olmurlar! Xalq şairi Səməd Vurğunun bu misraları yadımıza düşür:
Bir də görürsən ki, açılan solur,
Düşünən bir beyin, bir torpaq olur.
Bir yandan boşalır, bir yandan dolur,
Sirrini verməyir sirdaşa dünya,
Biz gəldi-gedərik sən yaşa, dünya!..
Emil FAİQOĞLU
Digər Xəbərlər
13 May 2026 13:59
Bütün dünyada işıq kəsiləcək
12 May 2026 16:45
“The Simpsons” bunu da bilib
12 May 2026 12:00
Biz ət yeyən millətik...
12 May 2026 09:48
Günün sitatı
11 May 2026 09:15
Heydər Əliyevin xatirəsinə həsr olunmuş fləşmob keçirildi - VİDEO
08 May 2026 09:13
Minlərlə bitki növü yox olur - Xəbərdarlıq
07 May 2026 13:00
Antibiotik qəbul edən qadının başına iş gəldi
07 May 2026 12:35


Bakı -°C

