adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 Aprel 2015 13:11
7726
MARAQLI

Titanik - zamanı dolaşdıran lənət

14aprel Titanik gəmisinin qəzaya uğramasının 103-cü ildönümüdür. Bu qəzanın üstündənbir əsrdən artıq vaxt ötsə də müəmmaları, paranormallığı ilə hələ də dünyanındiqqəti mərkəzindədir. Gəmi faciəsinin ətrafında baş verən müəmmalar isə ən realistinsanı belə, ən azından düşündürür. Ümumiyyətlə, tarixdə firon, kral və ya digərgörkəmli şəxslərin, eləcə də hadisələrin lənəti müəmması dəfələrlə rastlanıb,faktlar gətirilib. Güman ki, bəziləri fantaziya bəhrəsindən yan keçməyib, ancaqən güclü təxəyyülü olan fantastların da ağlına gəlməyəcəyi mistik reallıqlar istər-istəməz cavabsız suallar yaradır. Titanikfaciəsinin ildönümü ilə əlaqədar "Titanik lənəti”nə müraciət etməyimin səbəbiisə dünən Azərbaycanda baş vermiş bir yanğın hadisəsi ilə baş qaldırdı.Skeptiklərin nəzərinə: Bakıdakıhotellərdən birində yanğın baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumatyayıb. Bakının Nərimanov rayonunda üçmərtəbəli"TİTANİK" (!) hotelinin 1-ci mərtəbəsində yanğın başlayıb. Yanğınzamanı hotelin yuxarı mərtəbələrindən 20 nəfər yanğınsöndürənlər tərəfindənxilas edilib, 10 nəfər təxliyə olunub. Yanğın saat 08:32-də, yəni artıq 14apreldə yanğınsöndürənlər tərəfindən söndürülüb. Buna nə ad vermək olar – Titanikinildönümünə "hədiyyə”? Kimin hədiyyəsi – taleyin, müəmmanın, lənətinmi?!

O da məlumdurki, dəfələrlə "Titanik” adını daşıyan gəmilər batıb, restoranlar yanıb, "ənyaxşı halda” qarət olunub və s. Titanikin 100-cü ildönümündə isə hadisələri xatırlamaq məqsədilə həmin gəmininmarşurutu üzrə səfərə çıxan MS Balmoral gəmisində bir sıra problemlər yaranmışdı.Görüntüləri lentə alan BBS telekanalının operatorunun qəfil səhhəti pisləşmişdi.İnfakt keçirmə təhlükəsi ilə üzləşən operatora gəmidə göstərilən tibbi müdaxiləkifayət etmədiyindən ona yardım edilməsi üçün təcili yardım helikopteri çağırılmışdı.Hava şəraiti pisləşib qəflətən duman yarandığı üçün helikopteri qarşılamaq üçün200 mil aralıda yerləşən gəmi öz marşurutundan çıxaraq, 20 mil quruya tərəf üzmüşdü.Bundan başqa, hadisədən bir neçə gün əvvəl həmin ərazidən keçən gəmi hava şəraitininpis olması üzündən limana iki saat gec çatmışdı. Sərnişinlər uğursuzluqları«Titanikin lənəti» ilə əlaqələndirirdilər. Onların sözlərinə görə, ümumiyyətlə, həmin ərazidən keçəndə ən sağlam adamda belə qəfil halsızlıqlar, başağrılarıolur, ürək döyüntüləri artırmış. Deyək ki, yetkin şəxslər faciədən xəbərdarolduqları üçün bunu özlərinə təlqin ediblər və istər-istəməz o ərazinin vahiməsionlarda narahatlıqlar yaradıb. Bəs ağlı kəsməyən, dünyadan xəbərsiz körpələr? NəinkiTitaniki, heç anasını hələ tanımayan qucaq körpəsində qəfil narahatlığın yaranmasınanə ad vermək olar?

Ümumiyyətlə,Titanik müəmmaları o qədər labirintşəkilli baş verir ki, alimləri, mütəxəssisləribelə çaş-baş salır. Məsələn, hadisədən 79-80 il sonra qəza qurbanlarının "dirilməsi”necə, qan dondururmu?

 

Ölülərdənhəyəcan siqnalı

 

İllərdənsonra, həm də həmişə qəzanın ildönümü ərəfəsində və ya günündə müəmmalar mütləq özünügöstərir. Hələ 1924-cü ildə aprelin 14-dən 15-nə keçən gecə bir neçəradiostansiyada SOS siqnalı qeydə alınır. Siqnal araşdırılarkən onun Titanikinhəyəcan siqnalı ilə uyğunlaşdığı ortaya çıxır. Həmin vaxt buna əhəmiyyətverilmir, düşünülür ki, kiminsə könlündən mistik oyun oynamaq keçib. Amma 6 ilsonra, eyni hadisə təkrarlanır. Bundan sonra 1930, 1936, 1942-ci illərdə də oxşarhadisə qeydə alınır. Siqnallar Titanikin batdığı yerdən gəlirmiş... 1960-ci illərdə bu məsələ ilə Mərkəzi Kəşfiyyat İdarəsiməşğul olur. İş məxfi kodu altında aparılır. Amma təhqiqatlar heç bir nəticəvermir. Siqnallar isə hər 6 ildənbir səslənməyə davam edir... Sonuncu siqnalın1996-cı ildə qeydə alındığı bildirilir.


Картинки по запросу titanik


Beləbir müəmma da var ki, hətta haqqında danışanda insanın əti ürpəşir: 1990-cı ildənetibarən Titanikin həlak olmuş sərnişinləri "dirilməyə” başlayıblar. 1992-ciil, dekabrın 14-də norveç balıqçılarının gözü qarşısında dalğaların arasından gəmiqalxır. Balıqçılar bir baxışda onun məşhur Titanik olduğunu anlayırlar. Onlarınsözlərinə görə, gəminin göyərtəsində sərnişinlər hay-həşirlə vurnuxurmuşlar. Onlarməhz balıqçılara tərəf əl edərək çığırışır, kömək istəyir, bəziləri isə özlərinibuzlu sulara atırmışlar. Qorxmuş balıqçılar dərhal əlaqədar orqanlara məlumatverirlər. Tezliklə hadisə yerinə hərbi gəmi göndərilir. Və... sudan 13 cəsədçıxarılır. Ən dəhşətlisi, bu cəsədlər əsrin əvvəllərinə aid geyimdə idilər,xilasedici jiletlərinin üzərində isə "Titanik” yazılmışdı. Onların üzərində sənədləridə vardı: şəxsiyyəti təsdiqləyən sənədlər ən gec 1912-ci ildə verilmişdi! Norveçhöküməti bu hadisəni gizli saxlamağa çalışsa da, sirr axar su kimi özünə çuxurtapır. Cəsədlərin isə gizli tibbi məntəqələrdə hələ də saxlanıldığı iddiaedilir.   


Zamanı aldadanlar


Hələ 1990-cı il sentyabrın 24-də İslandiyanın cənub-şərqində gəmiçilər aysberqüzərində gənc qadın görürlər. Gəminin kapitanı Karl Yorgen sonralar ifadəsindəbelə bildirib ki, onlar qızı tapanda o tamamilə islanmış, donmuş vəziyyətdəidi. Dili güclə söz tuturdu. 29 yaşlı qadın özünü Uinni Kauts kimi təqdim edibvə israr edirmiş ki, batmış Titanik gəmisindən – suyun altından üzüb aysberqəqalxıb. Gəmiçilərdən xahiş edirmiş ki, suyun altındakı yoldaşlarını xilasetsinlər. Gəmiçilər inanmasalar da qadının paltarı onun 79 il əvvələ aidolduğunu göstərirmiş. Hələ üzərindən çıxan sənəd də onun şəxsiyyətini təsdiqləyirmiş...Bu nə idi? Həqiqətənmi batan sərnişinlər 78-80 il su altında qalmışdılar? Buağlasığmaz görüntülər ilğım kimi aldadıcı müəmma idimi? Bəs gəmiçiləri hələ dəqoruyub saxladıqları sənəd?

Paranormal,normal, anormal – hər nə varsa bütün mütəxəssislər baş sındırıb bu hadisəniizah etməyə çalışmışdılar. Hətta bəzilər buzun həqiqətən də təzə meyiti "diri”saxlaya biləcəyini iddia edirdilər. Yeri gəlmişkən, bir rus alimi də iddia edirki, yenicə ölmüş insanları xüsusi buzlu məhlullu suda illərlə saxlayıb, başqasözlə onun hələ tam fəaliyyətini dayandırmamış orqan və toxumalarını dondurub30-50 ildən sonra dirildə bilər. Hətta indidən müştəriləri də var. Belə çıxırki, haqsız olan "Kefli İskəndər” imiş. Nahaq yerə Şeyx Nəsrullahı qınamışıq.Bizim şeyxin rus alimindən nə əksiyi var ki, illərdir əli qələm tutan hər kəsona bir həcv yazır?! Axır ki, biz də başqa alimlərdən qabağa düşdük. Ölüləriruslardan və amerikanlardan qabaq diriltdik. Bu kefli iskəndərlər işimizə pəl qatmasaydı,indi ad-sanımız dünyaya səs salmışdı.


Картинки по запросу titanik


QayıdaqTitanikin "ölülər”inə. Bu qadın heç də görüntü deyildi. Gəmiçilər onu özləri iləquruya-xəstəxanaya gətiriblər. 27 nəfərdən ibarət həkim heyətini dəhşətə gətirənisə müayinə etdikləri 108 yaşlı "qız”ın 29 yaşında necə görünməsi olub. Başqabir müəmma isə qadının bir neçə aydan sonra ölməsi və ölərkən əsl qoca qarıya bənzəməsiolub. Zamanın bu tamaşası, xatırlayırsınızsa, Oskar Vayldın "Dorian Qrey” əsərində də əks olunur. Bunun izahı nədir, "zaman yolçuları”, ya zamanın mücrüsündə gizlənib öz gün işiğina çıxmaq saatını gözləyənlər?!

1994-cü ildə isə Şimali Anlantikada faciənin daha 3 qurbanı – kapitan Smit, gənc qadın və 10 aylıq qız uşağı suda görünüb. Bu insanlar 82 il öncə həlak olanlar siyahısında idilər.

Elmnə qədər inkişaf etsə də onun izah etmək gücündə olmadığı məqamlar hələ çoxdur.Hər halda bu qədər alim, həkim heyətini "başıaşağı” edən bu müəmmalar hələ çoxdanışılacaq, bütün həlli tapılmayan məsələlər kimi beyin qurdalayacaq. Amma birmüəmma həllini tapan kimi digəri ortaya çıxacaq. Çünki müəmma bəşəriyyəti,yaradılışı vahimədə saxlamaq, onun idarə edilən insan olduğunu, kəşf etdiyi elmlərinhələ də yetərsizliyini dərk etmək üçün mövcud olan xaosdur.     


Şəfiqə Şəfa