adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7

TƏZƏ TOST VAR

OQTAY SALAMOV
100642 | 2007-11-15 04:09
Əvvəl başdan xahiş edirəm, həccə gedən zəvvarlarımız söyləyəcəyim diləkləri o müqəddəs yerdə dilə gətirməsinlər, günah olar. Bunları ancaq başı dumanlı olanda, içki üstündə deyəndə daha səmimi, daha patriotik alınır. Düz 90-cı ildən başlayaraq hər yeni ildə deyilən sağlıqların içərisində belə biri də olur: "Arzu eləyirik ki, bütün qaçqın və köçkünlər gələn yeni ili öz doğma ocaqlarında, öz torpaqlarında qarşılasınlar!" Sərməstliyin dərəcəsindən asılı olaraq bu sağlıqdan sonra kövrəlib gözü sulananlar da olur, sağlığa "ura!" deyib stolun arxasından ermənini qiyabi əzib yox etdiyini güman edərək əlindəki xiyarı, almanı hirslə dişləyənlər də. Bu il bu sağlığın 17-ci ildönümüdür - həddi-buluğa yetişmiş bir igidin yaşı. Amma tost hələ tost olaraq qalır, deyəsən, bu gedişlə hələ çox da qalacaq. Hələ bu azmış kimi, təzə tostlar da yaranır ki, bu gün bir neçəsini ayıq başla deyəcəm.
   
   Milli Məclisimiz 2008-ci ilin büdcəsini müzakirə edir.

TƏQVİM / ARXİV