Teymur Musayev Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb - FOTO
Səhiyyə Nazirliyində Pakistan İslam Respublikasının ölkəmizdəki yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüş keçirilib.
Adalet.az xəbər verir ki, qonaqları salamlayan səhiyyə naziri Teymur Musayev Qasım Mohiuddini Pakistanın ölkəmizdəki səfiri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Öz çıxışında Teymur Musayev Azərbaycanla Pakistan arasında əlaqələrin dərin tarixi köklərə malik olduğunu vurğulayıb. Nazirin sözlərinə görə, iki qardaş ölkə arasında bütün sahələrdə əməkdaşlıq nümunəvidir.
Teymur Musayev dövlətlərarası münasibətlərin genişlənsdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin önəmini xüsusən vurğulayıb.
Səhiyyə sahəsində əməkdaşlıq məsələlərinə toxunan Teymur Musayev qeyd edib ki, bu istiqamətdə də qarşılıqlı fəaliyyət beynəlxalq müstəvidə - Ümumdünya Səhiyyə Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində həyata keçirilir: “Təhsil sahəsində də ikitərəfli əlaqələr dinamik inkişaf edir. Eyni zamanda, Azərbaycan Tibb Universiteti ilə Pakistanın Rifah Beynəlxalq Universiteti arasında fəal əməkdaşlıq mövcuddur. Ötən ilin oktyabrında Bakıda iki universitetin birgə təşkilatçılığı ilə dünyanın müxtəlif ölkələrindən olan mütəxəssisləri vahid platformada birləşdirən Tibb təhsili üzrə beynəlxalq konfransın keçirilməsi səmərəli əməkdaşlığın bariz nümunəsidir”.
Çıxışının sonunda Azərbaycanın səhiyyə naziri gələcəkdə əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
Öz növbəsində Qasım Mohiuddin vurğulayıb ki, Azərbaycan Pakistan xalqının qəlbində xüsusi yeri olan ölkədir. Səfir hazırda onlarla pakistanlı tələbənin Azərbaycan Tibb Universitetində ali təhsil aldığını diqqətə çatdırıb.
Görüşdə səhiyyə və tibb elmi sahəsində əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsinin perspektivləri müzakirə edilib. Həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 09:11
Ağdam və Xocavəndə növbəti köç oldu
29 Oktyabr 2026 18:40
Taksi sürücülərinin NƏZƏRİNƏ
29 Oktyabr 2026 15:44
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Tapşırıqlar verdi - FOTOLAR
29 Oktyabr 2026 13:38
İntensiv yağış yağacaq - Proqnoz verildi
29 Oktyabr 2026 12:33
"Korrupsiyaya qarşı mübarizə keyfiyyətcə yeni mərhələdədir" - Komitə sədri
29 Oktyabr 2026 12:26
Xidməti avtomobildən şəxsi maraqlar üçün istifadə edə bilməyəcəklər
29 Oktyabr 2026 12:10
Azərbaycanda vəzifəli şəxslərə yeni qadağalar
29 Oktyabr 2026 11:28


Bakı -°C

