“Tərbiyəçi üç ay uşağı qucağında yatızdırıb, indi niyə şikayət edirlər?” - YENİLƏNİB + VİDEO
Xətai rayonu ərazisində yerləşən “Ayşənim” uşaq bağçası orada uşağa yemək yedizdirən zaman tərbiyəçinin kobudluq etməsi ilə bağlı yayılan görüntülərə aydınlıq gətirib.
Adalet.az xəbər verir ki, Bağçanın rəhbəri Gülşən Əsədova açıqlamasında bildirib ki, tərbiyəçi Pərvanə xanım azyaşlıya qarşı kobudluq etmək niyyətində olmayıb:
“Həmin uşaqda autizm (erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir - red.) xəstəliyi var. Psixoloq da deyir ki, belə uşaqlar nəyəsə reaksiya verməyəndə ehmalca toxunuş edin. Pərvanə xanım da onun əlinə kobud yox, ehmalca vurur. Həmin tərbiyəçi iki ildir, bizimlə çalışır, amma ümumi dörd illik təcrübəsi var. Valideyn uşağını başqa bağçanı bəyənmədiyi üçün bizə gətirib. Azyaşlı o qədər qorxa-qorxa gəlirdi ki, Pərvanə xanım üç ay onun şəxsi müəllimi olub, qucağında yatızdırıb. Niyə indi ondan narazılıq edilir ki?”
G.Əsədova qeyd edib ki, valideyn ondan tərbiyəçini işdən çıxarmağı tələb edir:
“Mən də “bayram tədbirimiz var, bitsin, iclas edib, məsələni araşdıraraq”, - dedim. O bunu gözləməyib, görüntüləri yayıb. Tərbiyəçi ilə bağlı yekun qərar da iclasda veriləcək”.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, məsələ barədə araşdırma aparılır:
“Əlavə məlumat veriləcək”.
09:56
Bakıda fəaliyyət göstərən uşaq bağçasında xoşagəlməz hadisə baş verib.
Adalet.az xəbər verir ki, “Ayşənim” uşaq bağçasında tərbiyəçi uşağa yemək yedizdirən zaman şiddət göstərib.
Uşağın valideyninin sözlərinə görə, bu barədə rəhbərliyə məlumat verilsə də, heç bir tədbir görülmür.
Digər Xəbərlər
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09
Xankəndi, Xocalı və Ağdərədə ilk zəng həyəcanı - VİDEO
15 Sentyabr 2026 10:59
“Anam mənə çoxlu kitab alıb, hamısını oxuyacağam” - Şəhidin 6 yaşlı oğlu - VİDEO
15 Sentyabr 2026 10:56
Nazir sinfə girdi, birincilərin reaksiyası belə oldu - VİDEO
15 Sentyabr 2026 08:59
124 min uşaq üçün ilk zəng çalınır
15 Sentyabr 2026 08:55


Bakı -°C

