adalet.az header logo
  • Bakı -°C
15 Oktyabr 2026 13:07
60
ŞOU-BİZNES
A- A+

Təranə Qumral: “Onu ad günümə dəvət etmişəm, gəlməsə…”

Təranə Qumral 30 ilə yaxındır ki, küsülü olduğu həmkarı əməkdar artist Könül Kərimova ilə barışıb.

Adalet.az xəbər verir ki, bu barədə  Təranə Qumral özü məlumat verib.O, hətta həmkarını ad gününə dəvət etdiyini də etiraf edib:

“Məni tanıyanlar bilirlər ki, insanlarla ikili  münasibəti sevmirəm. Ya münasibətim olur, ya da olmur. Könül xanımın səsini, sənətini sevirəm.  Onunla barışdıq. Hətta  ad günümə də dəvət etmişəm. Gəlməsə, biləcəm ki, ürəkdən barışmayıb. Mən ürəkdən barışmışam. Küsülü qalmaq heç yaxşı deyil. Hər şeyi unutmuşam. İnanmıram ki,  Könül kiminsə sözü ilə hər hansı bir addım atsın. Yəni özü düşünüb, danışan adamdır. Ad günü dəvətnaməmi də göndərmişəm, amma cavab verməyib”.

Əntiqə