"Qarşılıqlı ehtiram, hörmət və anlaşma ilə məqsədlərimizə nail ola bilərik" - Emoməli Rəhmon
Prezident İlham Əliyevə yüksək səviyyədə təşkil olunan tədbirə, səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Adalet.az xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.
Prezidenti Emoməli Rəhmon qeyd edib ki, hazırkı Zirvə toplantısı beynəlxalq vəziyyətin mürəkkəbləşdiyi, silahlı münaqişələrin və təhlükəsizlik təhdidlərinin beynəlxalq münasibətlər sisteminə ciddi təsir göstərdiyi bir dövrdə keçirilir.
“Belə bir şəraitdə Laos Xalq Demokratik Respublikasının AQEM-ə tamhüquqlu üzv dövlət kimi qoşulmasını səmimi-qəlbdən alqışlayır, ölkə rəhbərliyini bu münasibətlə təbrik edirəm.
Düşünürəm ki, yalnız qarşılıqlı ehtiram, hörmət, anlaşma və beynəlxalq hüququn prinsiplərinə riayət əsasında bir araya gələrək ortaq məqsədlərimizə nail ola bilərik”, - deyə Prezident bildirib.
O vurğulayıb ki, Asiyada sülhün və sabitliyin qorunması, eləcə də gələcək nəsillərə təhlükəsiz və sosial-iqtisadi baxımdan sabit dünyanın ötürülməsi istiqamətində ciddi addımlar atılır.
Digər Xəbərlər
15 Oktyabr 2026 13:20
"Sülh hələ də kövrəkdir" - Prezident
15 Oktyabr 2026 13:19
Azərbaycan çox tolerant ölkədir - İsrail Prezidenti
15 Oktyabr 2026 13:08
Japarov Azərbaycanın AQEM-in inkişafına töhfəsini yüksək qiymətləndirib
15 Oktyabr 2026 13:03
Özbəkistan Prezidenti: AQEM çərçivəsində öhdəliklər aydın olmalıdır
15 Oktyabr 2026 12:55
"Azərbaycan AQEM-in gücləndirilməsinə prioritet diqqət ayırıb" - Dövlət başçısı
15 Oktyabr 2026 12:50
Prezident AQEM-in 7-ci Zirvə Toplantısında çıxış edib - FOTOLAR - YENİLƏNİB
15 Oktyabr 2026 12:46
"Bu mexanizmlər hazırlanmayanadək müharibələr davam edəcək" - İlham Əliyev
15 Oktyabr 2026 12:45


Bakı -°C

