Təltif edilən gənclərdən biri görmə məhdudiyyətli ifaçıdır - FOTO + YENİLƏNİB
Elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənərək 2026-cı il Gənclər üçün Prezident mükafatlarına layiq görülənlər arasında gənc vokalçı Səməd Novruzov da var. Bakı Musiqi Akademiyasının məzunu olan istedadlı gənc hazırda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində təlimçi işləyir. Səməd ikinci qrup görmə məhdudiyyətli sayılır.
Adalet.az xəbər verir ki, o, AzəTAC-a müsahibəsində təəssüratlarını bölüşüb: “22 yaşında belə bir yüksək mükafata layiq görülmək, əlbəttə ki, məni sevindirir. Vokal sənətinin incəliklərini öyrənmək, peşəkarlığımı artırmaq üçün inadla çalışıram. Layiq görüldüyüm mükafat məni üzərimdə daha çox işləməyə ruhlandırır. Yeni mahnılar, ariyalar və vokal əsərləri üzərində işləyirəm. Ümid edirəm ki, ölkəmizin vokal ustaları arasında mənim imzam, səsim olacaq. Bu yolda məndən asılı olan hər şeyi etməyə hazıram”.
Qeyd edək ki, Prezident İlham Əliyev yanvarın 30-da “2026-cı il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, elm, təhsil, mədəniyyət, gənclər siyasəti və gənclərlə iş, ictimai və sosialyönümlü fəaliyyət, innovasiya və sahibkarlıq sahələrində xüsusi fərqlənən 10 nəfərə 2026-cı il Gənclər üçün Prezident mükafatları verilib.
*** 17:58
Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunan gənclərimizin sırasında DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin təlimçisi, II dərəcə əlilliyi olan görmə məhdudiyyətli ifaçı Səməd Novruzov da var.
Adalet.a xəbər verir ki, respublika və beynəlxalq müsabiqələr laureatı olan Səməd Novruzov 2024-cü ildən Mərkəzin Kollektiv yaradıcılıq şöbəsində təlimçi vəzifəsində çalışır.
S.Novruzov ötən ilin avqust ayının sonundan noyabrın əvvəlinədək Heydər Əliyev Fondunun layihəsi çərçivəsində İtaliyanın Florensiya şəhərindəki Avropa Akademiyasında vokal bacarıqlarını təkmilləşdirib.
Digər Xəbərlər
28 Yanvar 2026 13:54
Səmimi Fərhad: “Bu, sistemli tənqid deyil, təhrikedici üslubdur”
27 Yanvar 2026 14:09
Əməkdar mədəniyyət işçisi vəzifəsindən azad edilib
26 Yanvar 2026 19:25
Multikulturalizm Mərkəzinin icraçı direktoru Qüds Yunan Pravoslav Patriarxı ilə görüşüb
24 Yanvar 2026 18:25
Aktrisa Məsumə Babayeva vəfat etdi
21 Yanvar 2026 12:00
Arif Babayevin qəbirüstü abidəsi hazırlanacaq
16 Yanvar 2026 13:58
“Hacıbala Bakıdakı evlərindən birini mənə versin, barışaq, yoxsa...” – Şeyx Əbdül
13 Yanvar 2026 13:01
Şəhid kəşfiyyatçı Leytenant Vüsal Muradovun xatirə gecəsi keçirilib
13 Yanvar 2026 09:12


Bakı -°C

