adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 13:16
60
ELM VƏ TƏHSİL
A- A+

TAU - iki ölkənin təhsil təcrübəsi bir universitetdə - VİDEO

Türkiyənin Orta Doğu Tekniki Universiteti (ODTÜ), İstanbul Tekniki Universiteti (İTÜ) və Hacettepe Universitetinin tədris proqramları əsasında, Azərbaycan Texniki Universitetinin (AzTU) tərəfdaşlığı ilə fəaliyyət göstərən Türkiyə-Azərbaycan Universiteti beynəlxalq akademik təcrübəni Azərbaycanda yeni təhsil imkanları ilə birləşdirir.

Adalet.az xəbər verir ki, burada tələbələri ingilis dilində tədris, iki fərqli diplom, müasir laboratoriyalar, beynəlxalq akademik mühit və real sənaye təcrübəsi gözləyir.

Fərqli universitetlərin təcrübəsi, vahid akademik mühit və qlobal karyera imkanlarına açılan yol.

Türkiyə-Azərbaycan Universiteti gələcəyin mühəndisləri üçün yeni ünvandır.