Bağlanan universitetin müəllimləri işlə təmin olunacaqlar? - VİDEO
Bakı Qızlar Universitetinin onlarla müəllimi, eyni zamanda texniki işçisi işini itirmək təhlükəsi yaşayır.
Adalet.az Xezerxeber.az-a istinadən xəbər verir ki, universitetdə oxuyan tələbələrin digər özəl universitetlərə köçürülməsi haqda qərar verilib, lakin qərar bir çox müəllimlərə, eləcə də texniki işçilərə şamil edilməyib.
Müəllimlər deyir ki, onları həm tələbələrdən ayrılmaq, həm də işsiz qalmaq narahat edir:
“Müəllimlərin sonrakı aqibəti ilə bağlı hələ heç bir qərar yoxdur. Tələbələrin köçürülməsi həm bizi, həm tələbələri, həm də onların valideynlərini narahat edən məsələ idi. Onlar barəsində müəyyən bir qərar verildi. Amma biz müəllimlər faktiki olaraq işsiz qalmışıq”.
Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirildi ki, Bakı Qızlar Universitetində 110 nəfərdən çox şəxs pedaqoji fəaliyyətə cəlb olunub:
“Tədrisə cəlb olunan şəxslərin yarısından çoxunun elmi dərəcəsi yoxdur. Eyni zamanda, onların əksəriyyətinin əsas iş yeri digər ali təhsil müəssisələridir. Bu səbəbdən universitetin təhsil fəaliyyətinin dayandırılması həmin şəxslərin əsas iş yerlərinin itirilməsi ilə nəticələnməyəcək. Universitetin ştatında çalışan əməkdaşlar isə digər təhsil müəssisələrində mövcud vakant vəzifələr üzrə müraciət edə bilərlər. Elm və Təhsil Nazirliyi də öz növbəsində məsələ ilə bağlı müvafiq ali təhsil müəssisələrinə tövsiyə verəcək”.
Digər Xəbərlər
12 Sentyabr 2026 15:00
Birinci sinfə elektron qəbul yenidən aktivləşir
11 Sentyabr 2026 16:35
2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib
11 Sentyabr 2026 11:05
Bağça müəllimləri ilin sonunadək sertifikasiyadan keçiriləcək
10 Sentyabr 2026 17:47


Bakı -°C

