adalet.az header logo
  • Bakı -°C
11 Avqust 2026 11:55
74
DÜNYA
A- A+

Özü qolf oynadı, raketlər onu qorudu - VİDEO

ABŞ-nin Məxfi Xidməti ölkə Prezidenti Donald Trampı qolf oyunu zamanı qorumaq üçün Bedminsterə “AN/TWQ-1 Avenger” yaxınmənzilli zenit-raket kompleksləri cəlb edib. 

Adalet.az xəbər verir ki, bu barədə “War Zone” portalı məlumat yayıb. 

Məlumata görə, son günlərdə sosial şəbəkələrdə Trampın qolf oynadığı zaman arxa planda tikanlı məftillərin və zenit-raket komplekslərinin aydın göründüyünü əks etdirən fotolar yayılıb. Ən son kadrlar isə ABŞ lideri ötən həftəsonu Nyu-Cersidəki qolf meydançasında “LIV Golf” turnirinin finalında iştirak etdiyi zaman çəkilib.

Ağ Ev administrasiyasının nümayəndələri fotoların həqiqiliyini, Şimali Amerikanın Birləşmiş Aerokosmik Müdafiə Komandanlığı (NORAD) isə dövlət başçısının qorunması məqsədilə “Avenger” komplekslərindən istifadə edildiyini təsdiqləyiblər. 

Qeyd edək ki, ötən həftəsonu F-16 qırıcılarının Trampın olduğu Bedminsterdəki qolf klubu üzərindəki uçuş məhdudiyyətlərini pozan bir neçə təyyarəninin uçuşuna mane olduğuna dair xəbərlər yayılıb.