adalet.az header logo
  • Bakı 21°C
20 Iyun 2022 11:27
576
ŞOU-BİZNES

Tatlısəs “Axmaq oğlu axmaqdır”-dedi, oğlu cavabı ləngitmədi...

Türkiyənin məşhur müğənnisiİbrahim Tatlısəsdən övladlarına : Atanın qədrini bilməyənlər axmaq oğludur!

İbrahim Tatlısəs, ilk evliliyini Urfada Ədalət Durak ilə həyata keçirib. Cütlüyün 3 uşağı olub:oğlu Əhməd ilə qızları Gülden və Gülşən...və cütlükayrılıb.
1979-cu ildə “Qara yaylıq” filmində tanış olduğu aktrisa Perihan Savaş ilə münasibətə başlayan Tatlısəs daha sonra onunla ailə həyatı qurub. Bu evlilikdən cütlüyünMələk Zibeydəadlı qızı var. 1983-cü ildə “Günah” filmini çəkərkən Dərya Tuna ilə tanış olan Tatlısəsin ondanİdo (İbrahim)adlı bir oğlu var. Ancaq cütlük heç zaman ailə həyatı qurmayıb. İbrahim Tatlısəs bir müddət məşhur rəqqas Asena ilə də eşq macərası yaşayıb.

İbrahim Tatlısəs 27 sentyabr 2011-ci ildə xəstəxanada sürpriz şəkildə Ayşəgül Yıldızla ailə həyatı qurub. Tatlısəsin nikah şahidi Fatih Tərim olub. CütlüyünElif Adaadlı qızları var. Bu evlilik də uzun müddət davam etməyib və cütlük 29 noyabr 2013-cü ildə boşanıb. Bundan əlavə, İbrahim TatlısəsinDilan Çıtakadlı qızının olduğu da ortaya çıxıb.

Adalet.az Aksam.com-a istinadən xəbər verir ki, Tatlısəs “Atalar Günü”ndə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. “Ata qədrini bilməyən axmaq oğlu, axmaqdır” ifadələrini paylaşımına daxil edən İbrahim Tatlısəsin sözləri gündəmə bomba kimi düşüb. Tatlısəsin paylaşımı ilk evliliyindən olan Əhməd Tatlıya istinad kimi şərh edilib. Əhməd Tatlının cavabı çox da gecikmədi.

“Bu gün “Atalar günü”dür... Yetimlərə ata olmuş, övladını öz faydasız çıxarlarına qurban verməyənlərin “Atalar günü” mübarək! ” Oğul, qız arasında doğma –ögey münasibəti etməyən, “namus davası” deyib anasına, arvadına qızına dünyanı zindan etməyənlərin “atalar günü” mübarək. Övladının dərdinə dərdlənən, sevincinə sevinən, onun xoşbəxtliyinə sevinənlər... “atalar günü”n mübarək!Həyat yükünü çiyinlərində daşıyanların, atadan yetim qalmışların, ata kimi ataların və ata kimi ana olanların “atalar günü” mübarək!”

Qeyd edək ki, hələ bu ilin əvvəlindən məşhur sənətçinin ilk həyat yoldaşı, eyni zamanda oğlu Əhməd ilə qızları Gülden və Gülşənin anaları olan Ədalət Tatlı ilə aralarında bir gərginlik baş vermişdi. Sənətkarın "İdo və Mələk Zübeydədən başqa heç bir övladımın toy- düyünündən xəbərim olmadı” deməsi sabiq xanımını özündən çıxarıb. Şanlıurfada yaşayan Ədalət Sara xanım iddiaları rədd edərək 'Atalıq vəzifəsini yerinə yetirmədi' dedi və Tatlısəsi övladlarıyla maraqlanmadığı üçün günahlandırdı. O sosial şəbəkə hesabında bildirdi ki, uşaqların toy məclisi haqqında keçmiş ərinin xəbəri olub və o yığıncağa gəlməyib: “Oğlum Əhmədin toyuna gəlməsi üçün İbrahim Tatlısəsi özüm aradım , zəng vurdum, toyda olmasının vacibliyini dedim. Amma o gəlmədi. Hətta heç sonra da zəng edib mərasimin necə keçdiyini öyrənmədi, hər hansı yardım- kömək etmədi, niyə gəlmədiyinin səbəbini söyləmədi” .

Anasının paylaşımına “bəyəndim” işarəsi qoyan Əhməd Tatlısəs anası ilə eyni düşüncədə olduğunu təsdiq edib.

Türkiyə musiqisinin kralı olanlara həddən artıq əsəbləşmiş olmalıydı ki, öz tvitter səhifəsində sabiq xanımına sərt təpki verib: “ Hər kəs həddini bilsin! İbrahim Tatlısəs geri döndü. İpimə sarılıb qalxanlar var. Xəbərdarlıq edirəm sarıldığınız ipi kəsərəm, yerə çırpılarsınız. Əslində baş qoşmaq istəmirdim , amma cavab verməsəm də olmaz”.

 

Əntiqə Rəşid