adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
11 Iyul 2019 15:56
368306
LAYİHƏ

Tarixin danışan dili

Öncətarixdən başlayaq. O tarixdən ki, o yazılıb. Biz də orta məktəbin aşağı siniflərindənauditoriyalara qədər bu tarixi az-çox öyrənmişik və hər imtahandan sonra da bizəelə gəlib ki, biz tarixi bilirik. Amma sən demə, biz yanılırıqmış. Doğrudur,deyirlər ki, şairlər fəhmli olur. Görünür elə buna görə də böyük Səməd Vurğun məşhurəsərlərinin birində yazırdı:

Bilinməyir yaşınsənin,

Nələr çəkmişbaşın sənin!..

Sonra böyük MəmmədAraz yazdı ki, hər daş parçası bir tarixdi. Və onun ardınca da arxeoloq aliməüz tutub öyrəndiyi və təqdim etdiyi tarix üçün ona minnətdar olduğunuxatırladırdı.

Mən butunbunları və ümumiyyətlə, tarixlə poeziyanın təmasını istənilən qədər davam etdirəbilərəm. Lakin indiki halda ehtiyac görmürəm. Çünki bizim bugünümüz əslindətarixi bilməyin nə qədər zəruri olduğunu bizə poeziyasız da diktə edir. Yənizorən cəlb edildiyimiz müharibə, işğal edilmiş torpaqlarımız, düşmənin uydurmaarqumentləri bizə birmənalı olaraq tarixi öyrənməyi, tariximizi özümüz kimitanımağı və ona istinad etməyi bizdən tələb edir.

Mən DağlıqQarabağda doğulmuşam. Dünyanın zaman və tapıntıları baxımından ən böyük abidələrindənbiri olan Azıx mağarası Quruçay vadisində, Xocavənd rayonunun ərazisində yerləşir.Amma ən qədim insanın çənə sümükləri tapılan bu mağara böyük arxeoloq alim,tarixçi mərhum Məhəmmədəli Hüseynovun böyük zəhməti nəticəsində dünya arenasınaçıxarıldı. O sovet dönəmində də ermənilərlə vuruşa-vuruşa bu mağaranın şöhrətinidünya tarixçilərinin, arxeoloqlarının diqqətinə çatdırdı. Böyük alimin zəhmətihesabına Azıx mağarasından cəmi beş-altı kilometr məsafədə yerləşən ikinci birmağara da tarixə bəlli oldu. Bu da Böyük və Kiçik Tağlar mağaraları idi. İndibu qədim abidələr işğal altında olmaqla yanaşı, həm də ermənilərin informasiyamaşınının təqdimatında düşmən ölkənin mədəniyyət nümunələri kimi, ulu tarixin vərəqlərikimi təqdim olunur və burada Azərbaycan Elmlər Akademiyasının icazəsi olmadan tədqiqatlaraparılır. O cümlədən də Dağlıq Qarabağda və digər işğal altında olmuş ərazilərimizdə həmin acı taleyi yaşayır.

Yolum Ağcabədiyədüşmüşdü. Açığı yayın istisindən son yağışların gətirdiyi bir dinclikdən vəbütövlükdə bir az torpağa, kəndə-kəsəyə yaxınlaşmaq istəyindən bəhrələnən bu səfərmənim üçün gözlənilməz sürprizlərlə yadda qaldı. İlk sürprizim az qala iki iləyaxındı ki, görmədiyim Ağcabədi rayon mərkəzindəki tikinti-abadlıq, özü dəplanlı bir arxitektorun məharəti ilə yaradılan səliqə-səhman qəflətən gözlərimönündə açılan gözəlliyi mənə yaşatdı. Açığını deyəcəm, bu gün respublikanın əksərşəhər və rayonlarında tikinti-abadlıq işləri aparılır. Ancaq bəzi şəhər vərayonlarda yol boyunca, küçə uzunu çəkilən ikitərəfli hasarlar öz arxasında çoxeyibləri gizlədir. Yəni bu cür abadlıq mənə yamaq kimi görünür, qəbul edəbilmirəm onu. Lakin Ağcabədidə gördüyüm səliqə-səhman məndə bir ev sahibinin,bir ağsaqqalın, torpağa, xalqa, dövlətə bağlı adamın canıyananlıqla, öz ailəsiüçün gördüyü işi xatırlatdı. Sevindim ki, döyüş bölgəsində, Azərbaycanın qədimbir guşəsində bu gün həyat doğrudan da çiçəklənir. Yol boyunca əkilən ağaclarınsırası da bu işlərə əlavə bir yaraşıq verir.

Ağcabədinin qədimliyinitarixdən də bilirəm, oxuduğum bədii əsərlərdən də. Ancaq bu rayonda olarkəndost-tanışdan eşitdim ki, rayon ərazisində xüsusi arxeoloqlar - tədqiqatçılarqrupu işləyir. Özü də bu beynəlmiləlçi qrupa Almaniyadan olan bir xanımprofessor rəhbərlik edir.

Maraq güc gəldivə elə o dostların təqdimatı ilə də millət vəkilləri Tahir Rza və Aqil Abbaslabirlikdə arxeoloqların görüşünə getdik. Yol boyunca bizimlə həmsöhbət olanTahir Rza və Ağcabədinin digər tanınmış insanları bu arxeoloji qazıntılar barəsindəhəvəslə, ağızdolusu danışdılar.

Eşitdiklərim məniəməlli-başlı səbirsiz edir, tələsdirirdi ki, həmin ünvana tez çatım, deyilənləriöz gözlərimlə görüb, şahid olum.

Bu da Ağcabədirayonunun Aşağı Aran kəndinin bir tərəfi Xocavənd, bir tərəfi Ağdam olan Haramıdüzü. Burada bizi arxeoloqlarla yanaşı, yerli sakinlər də qarşılayır. Buqarşılanma məqamında millət vəkili Aqil Abbasla ən doğma adam kimi görüşən,üz-gözündən yorğunluq, həm də maraq tökülən bir nəfərin sevinci, canfəşanlığıdiqqətimi çəkir. Öyrənirəm ki, o, tarix üzrə fəlsəfə doktoru, Arxeologiya vəEtnoqrafiya institutunun şöbə müdiri Təvəkkül Əliyevdi. Təvəkkül müəllim onunlabirlikdə çalışan Azərbaycan-Almaniya beynəlxalq ekspedisiyanın rəhbəri doktorBarbara Helvinqi bizə təqdim edir. Türk dilində rahat danışa bilən Barbaraxanım millət vəkillərinə gördükləri işlər barəsində həvəslə, həm də xüsusi birmaraqla məlumat verir. Hiss olunur ki, millət vəkillərinin ekspedisiyanınçalışdığı əraziyə gəlişi onu bir az da sevindirib, ürəkləndirib.

Elə sözarası dadeyir ki, Ağcabədi rayon rəhbərliyi, xüsusilə rayonun icra hakimiyyətininbaşçısı Şahin Məmmədov onlarla demək olar ki, hər gün maraqlanır. Zəruriehtiyaclarının ödənilməsinə, iş və yaşayış şəraitlərinin qənaətbəxş olmasınadiqqət yetirir. Barbara xanımın dediklərindən məlum olur ki, bu gün Ağcabədi ərazisindəKamiltəpə deyilən arxeoloji abidələr - kurqanlar var. Sayı 37-ə çatan bukurqanların beşində tədqiqatlar aparılır. Qazıntı işləri zamanı məlum olub ki,bu kurqanların yaşı eradan çox-çox əvvəllərə - 7600-8000 il əvvələ gedib çatır.

Çox qəribədirki, qazıntı aparılan kurqanlarda arxeoloqları təəccübləndirən maddi-mədəniyyətnümunələri tapılıb. Burada hətta nərə balığının, eləcə də digər canlılarınsümükləri, muncuqlar, küp qalıqları, kərpic, hətta ocaq külü da tapılıb. Ocaqyerinin ətrafında tapılan nümunələr isə həmin yerin kütləvi toplantı yeriolduğunu göstərir. Çünki tapılan maddi-mədəniyyət nümunələri bunu sübut edir.

Əbülfət MƏDƏTOĞLU