adalet.az header logo
  • Bakı -°C
14 Fevral 2026 11:56
68
SİYASƏT
A- A+

“Rza Pəhləvinin Münhen Təhlükəsizlik konfransına dəvət edilməsi...”

“Münhen Təhlükəsizlik konfransına İran şahının oğlu Rza Pəhləvi də dəvət olunub. Belə bir idbar birini mühüm bir konfransa dəvət etmək, Qərbin İranda heç də normal bir sistem istəmədiyinin əyani sübutdur”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. 

O, bildirib ki, R.Pəhləviyə qalarsa, indiki teokratik sistem daha da məqbul görünür: 

“Baxmayaraq ki, bir medalın iki üzüdür. R.Pəhləvi elan edib ki, Avropada İranla bağlı etusa aksıyalarinda azərbaycanlılarin və digər xalqların simvolları qaldırılmasın.Fars və şovinist ruhunda olan R.Pəhləvinin İranda hakimiyyətə gəlməsinə İran xalqı qəbul etməyəcək. İranda yaşayan azərbaycanlılar R.Pəhləvini qəbul etmir.R.Pəhləvini ortaya çıxarmaq İran rejiminə təzyiq aləti olması mümkündür. Bununla İran rejiminə şərtləri qəbul etdirilməsidir. Münhen Təhlükəsizlik konfransına R.Pəhləvi İsrail tərəfindən gətirilməsi istisna deyil”.

Vasif ƏLİHÜSEYN