adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 16:31
82
GÜNDƏM
A- A+

" Azəriqaz" abonentləri soymaqda davam edir...

Biz də bəzən xidmət sahələri xalqa  xidmət etmək əvəzinə , zülm edir. Yəni onları incidir. Xalq dilində demiş olsaq  haqlarına girirlər. Belə də onada heç şübhəsiz ki, haqlarına girilən tərəf inciyir və öz hüququnu tələb edir. Bax götürək elə " Azəriqaz" ı. Bu gün bir çox abonentlər onlar sayğac ' oyun" ların" dan şikayətlənir.

Onlar deyirlər ki, bir vaxtlar bizim mənzillərdə " smart -kart sayğaclar quraşdırılmışdı və hər işlərimiz də lap yaxşı idi. Sayğaca 5 manat yükləyirdik , bir ay bəs edirdi.Daha əlavə pulumuz çıxmırdı. Elə ki,həmin sayğacları mexaniki sayğalarla əvəzlədilər , bax , qara günlərimiz başladı. İndi hər ay biz 5 manat yerinə , işlətdiyimiz  mavi yanacaq üçün 13-14 manat pul ödəyirlk. Göz görə , görə adını çəkdiyimiz xidmət sahəsi bizi aldadıb soyur.

Əkəsr abonentlər də bizim günümüzdədir.Belə çıxır ki, " Azəriqaz " nə qanundan qoxur, nə də camaatın  narazılığından . Və insanların min bir əzab- əziyyətlə qazandıqları pul onların cibinə axır.Bu məsələ ilə əlaqədar aidiyyəti qurumla əlaqə yaratmaq istədik, amma telefon zənglərimizə  cavab  verən olmadı. Versələr də nə mənası? Yüz bəhanə  gətirəcəklər. Ancaq gec- tez bu sayğac " oyun" larına  son qoyulmalı, abonentlərin hüquqları qorunmalıdır!!!

Emil FAİQOĞLU