“Bu sözlər Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır...” – Politoloq
“Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla Kremldə keçirdiyi görüşdə bildirib ki, o İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) qarşı şikayətlərindən xəbərdardır, ancaq Ermənistanın Praqa sammitində Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasından sonra KTMT-nin prosesə müdaxilə edə bilmədiyi aydındır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, Putin ilk dəfə deyil ki, Paşinyanın Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanımasını qəribə hal kimi dəyərləndirir:
“Həqiqətən Nikol Paşinyan Avropa Siyasi Birliyinin Praqada 2022-ci ilin oktyabr ayında keçirilən sammitində Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etmişdi. Paşinyanın bu qərarı Putində az qala şok effekti yaratmışdı. Putin sonrakı açıqlamalarında ona işarə edirdi ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımaqla Rusiya sülhməramlıların Qarabağda fəaliyyətinə son qoydu. Putin hətta açıqlamalarının birində söyləmişdi ki, Rusiya uzun illər Qarabağda “referendum” keçirilməsi təklifini dəstəkləyib”.
O, bildirib ki, Putin bununla demək istəyib ki, Paşinyan Kremlin Qarabağla bağlı planlarını pozdu:
“Belə çıxır ki, Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımasaydı, Putin rusiyalı hərbçiləri Qarabağdan çıxarmayacaqdı. Halbuki, rəsmi Bakı sülhməramların 5 ildən çox bölgədə qalmasına razı deyildi. Rusiya Prezidenti Paşinyanla görüşdə ona bir neçə mesajını da çatdırıb. Birincisi, Putin deyib ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqı, həm də Avropa İttifaqının üzvü ola bilməz, Paşinyan ikisindən birini seçməlidir. Putin Avropa İttifaqı standartlarının Avrasiya İqtisadi İttifaqı standarlarından fərqli olduğunu Paşinyana xatırladıb. İkincisi, Putin ABŞ Prezidenti Donald Trampın İrəvan və Bakı arasında münasibətlərin yaxşılaşdırılmasında fəal iştirakını qeyd edib. O bunun yaxşı və ya pis olmasını söyləməyib, sadəcə deyib ki, Trampın çalışmalarından xəbərdardır. Üçüncüsü, Putin Ermənistanda parlament seçkisi öncəsi siyasi partiyalar arasında mübarizəni diqqətlə izlədiyini vurğulayıb”.
E.Şahinoğlunun sözlərinə görə, Rusiya Prezidenti deyib ki, gərgin mübarizə iki ölkə arasında münasibətlərə mənfi təsir etməməlidir:
“Bu sözlər də Paşinyana xəbərdarlıq mahiyyəti daşıyır. Çünki, məhz Paşinyan və onun nazirləri çıxışlarında radikal müxalifətin Rusiyaya ilə bağlılıqlarına işarə edirlər. Paşinyan geri qayıtdıqdan sonra Putinlə görüşün müsbət nəticələrindən danışacaq. Halbuki, Putinin Paşinyanla görüşündə səsləndirdiyi fikirlər Kreml sahibinin Ermənistanın baş nazirinə isti münasibətinə dəlalət etmir. Misal üçün Putin Rusiyada yaşayan 2 milyon erməninin Ermənistanda səsvermə hüququna malik olmasını istəyib. Paşinyan bunun mümkün olmadığını deyib. Putin Rusiyada yaşayan ermənilərin Paşinyanın partiyasına səs verməyəcəyinə görə belə bir təkliflə çıxış edib. Putinin Ermənistanda parlament seçkisi öncəsində dostu və Paşinyanın rəqibi eks-prezident Robert Köçəryanı da Moskvaya dəvəti istisna deyil”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
03 Aprel 2026 12:05
"Vətən müharibəsindən sonra 421 mülki şəxs minadan zərər çəkib" - Hikmət Hacıyev
02 Aprel 2026 21:00
Pezeşkian İlham Əliyevə zəng etdi
02 Aprel 2026 17:43
BMT-də Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edildi
02 Aprel 2026 14:44
“Aprel döyüşləri böyük zəfəri daha da yaxınlaşdırdı...” – Hərbi ekspert
02 Aprel 2026 14:32
Cevdet Yılmaz: Yaxın zamanda daha çox inkişaf etmiş Qarabağı görəcəyik
02 Aprel 2026 14:14
Paşinyan Putinin hər təklifinə faktiki mənfi cavab verdi – Politoloq
02 Aprel 2026 14:08
Prezident Zəngəzur dəhlizinin icrasından danışdı
02 Aprel 2026 14:07


Bakı -°C

