adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 16:53
87
SİYASƏT
A- A+

“Ancaq belə savaşlarda Allah kimin yanındadırsa, o da qalib gələcək...”

“İslam tarixinə “müsəlmanların ilk böyük qələbəsi” kimi düşən və sonrakı inkişaflarına yol açan məşhur Bədr döyüşü olub. Peyğəmbərimizin (s.) özünün də qatıldığı bu döyüş sayca az olan imanlı bir dəstənin – 313 nəfərin özlərindən qat-qat güclü və sayca 3 dəfə artıq bir dəstəyə - Məkkə müşriklərinə necə qalib gəlməsindən bəhs edir.Bu səbəbdən, Bədr döyüşü həm də “imanla küfrün savaşı” kimi qiymətləndirilir.Yolgöstəricimiz “Qurani-Kərim”də azların çoxlara necə və niyə qalib gəldiyi belə izah edilir: “Qarşı-qarşıya gələn iki dəstədə sizin üçün bir ibrət var idi. Dəstələrdən biri Allah yolunda vuruşurdu, digəri isə kafirlər idi. Onlar kafirlərin sayca iki qat artıq olduqlarını öz gözləri ilə görürdülər. Allah istədiyi kəsi Öz köməyi ilə qüvvətləndirir. Həqiqətən, bunda bəsirət sahibləri üçün bir ibrət vardır” (“Ali-İmran”, 13)”.

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O, bildirib ki, hazırda bütün Yaxın Şərqin və İslam coğrafiyasının gələcək aqibətini müəyyənləşdirəcək ABŞ-İsrail koalisiyasının İranla savaşı da, əslində, küfrlə imanın savaşıdır və bu savaşda da hər kəsin ibrət alacağı məqamlar var:

“Bir tərəfdə öz texnoloji qüdrəti, müasir silahları və pulunun çoxluğuyla öyünən, dünya hökmranlığı iddiasında olan ABŞ-İsrail koalisiyası durub, o biri tərəfdə də sulah-sursat sarıdan özündən qat-qat güclü düşmənlərinə qarşı heyrətamiz dirəniş göstərən, meydan oxuyan, təslim olmayan müsəlmanlar. Savaşın bir tərəfi 35 gündür ailələri aramsız bombardman altında qalan, sıxışdırıldıqca, öldürüldükcə daha da əzmkar və qətiyyətli olan, sıraları get-gedə seyrələn müsəlman komandanlardır, o biri tərəfi də bu heyrətamiz dirənişin qarşısında canlarına qorxu, vəlvələ düşmüş və bu səbəbdən də ard-arda vəzifələrindən istefa verən ABŞ-İsrail koalisiyasının generalları, hərbçiləri...Kim qalib gələcək?!Dünyada hər şeyin pul və hərbi qüdrətlə ölçüldüyünü düşünənlər üçün bu savaşın qalibi ABŞ-İsrail koalisiyası, Tramp-Netanyahu ittifaqı və bu ittifaqda yer alanlar olacaq!Ancaq belə savaşlarda “Allah kimin yanındadırsa, o da qalib gələcək” düşüncəsində olanlar da az deyil. Axı tarixdə “Neçə dəfə olub ki, az bir dəstə Allahın izni (iradəsi) ilə çox bir dəstəyə qalib gəlib!”. (“Bəqərə”, 249)Bu gün efirlərdə, sosial şəbəkələrdə ABŞ-İsrail koalisiyasının qələbəsi üçün səfərbər edilənlərə, onların təbliğatını aparanlara isə Allahın vədlərindən bir xatırlatma: “Onlar ağızları (sözləri) ilə Allahın nurunu söndürmək istəyirlər. Halbuki kafirlərin xoşuna gəlməsə də, Allah Öz nurunu tamamlayacaqdır”! (“Saff”, 8-ci ayə)”.

Vasif ƏLİHÜSEYN