“Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır” – Politoloq
“Ermənistanın radikal müxalifəti və bu dairələrə bağlı ekspertlər Moskvadan aldıqları tapşırıq əsasında ABŞ vitse-prezidenti Ceyms Vensin Ermənistana səfərini və İrəvanda imzalanan sazişlərin əhəmiyyətini azatlmağa çalışırlar. Birincisi, Vens İrəvanda “soyqırım abidəsini” ziyarətiylə bağlı paylaşımını sildiyinə görə tənqid olunub. İkincisi, ABŞ-nin Ermənistanın nüvə enerjisi sektorunun inkişafına 9 milyard dollar sərmayə qoyayacağı şübhə altına alınıb. Aydındır ki, Vensin baş nazir Nikol Paşinyanla imzaladığı bu saziş Ermənistanın Rusiyadan enerji asılılığını azaltmaq məqsədi daşıyır”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, ancaq Paşinyana müxalif olanların fikrincə, ABŞ layihəsinin reallaşacağı sual altındadır:
“Çünki, radikallar hesab edirlər ki, ABŞ-nin başqa ölkələrdə modul tipli atom elektrik stansiyaları inşa etmək təcrübəsi yoxdur və bu modulların istismarı baha başa gəlir. Radikalları o da qəzəbləndirib ki, Rusiya və Çin Ermənistanda daha ucuz qiymətə modul tipli atom elektrik stansiyalarının inşası təklifini verərkən, Nikol Paşinyan cəmiyyətlə məsləhətləşmədən daha bahalı Amerika varitantını seçib. Radikallar ABŞ-nin Ermənistana satacağı 6 milyon dəyərindəki dronların faydasız olduğunu da iddia ediblər. Çünki, həmin dronlar hücum deyil, kəşfiyyat xarakterlidir. Erməni radikalların və onlarla əlaqəli ekspertlərin canfəşanlığı aydındır. Vensin İrəvana səfəri və Ermənistana dəstəyi parlament seçkiləri öncəsi Nikol Paşinyanın mövqelərini gücləndirir. Bunu amerikalı rəsmilər heç gizlətmirlər də. Paşinyan ölkəsinin Rusiyanın asılılığından qurtulması üçün çalışır. Ona görə də İrəvan Rusiyanın “Rosatom” şirkətinin modul tipli atom elektrik stansiyasının inşası təklfinə deyil, ABŞ-nin eyni təklifinə üstünlük verib. ABŞ-nin Ermənistanda inşa edəcəyi modul tipli atom elektrik stansiyaları Rusiyanın idarə etdiyi “Metsamor” atom elektrik stansiyasını tədricən əvəz edəcək. O ki, qaldı ABŞ-nin Ermənistana satacağı kəşfiyyat karakterli pilotsuz uçuş aparatlarına, qonşu ölkə Azərbaycanla sülh quruculuğu prosesini davam etdirdiyinə görə İrəvanın hücum dronlarına ehtiyacı olmamalıdır”.
Vasif
Digər Xəbərlər
12 Fevral 2026 12:29
Azərbaycan–ABŞ münasibətlərində yeni strateji mərhələ
12 Fevral 2026 12:29
“Azərbaycan xarici siyasətində çox aktiv, məqsədyönlü addımlar atdı...”
12 Fevral 2026 12:27
Azərbaycanlı diplomata BMT-də rəhbər vəzifə verildi
12 Fevral 2026 11:25
Vens Azərbaycanla bağlı paylaşım etdi - VİDEO
11 Fevral 2026 17:52
Sahibə Qafarova Ərəb Parlamentinin prezidenti ilə görüşdü - FOTOLAR
11 Fevral 2026 17:45
"Bu, tarixi sənəddir" - Dövlət başçısı
11 Fevral 2026 17:42
Prezident məmurlara tapşırıq verdi
11 Fevral 2026 17:33


Bakı -°C

