“Bunlar o qədər qurublar ki, istəyirlər dövlət tədbirlərinə də burunlarını...”
“Mədəniyyət nazirinə toxunmaq lazım deyil. Bilirsiniz ki, Azərbaycanfilm MDB ölkələrində yeganə studiyadır ki, hələ də bərpa edilməyib. Qalan bütün respublikalar öz peşəkar kino məbədgahların bərpa ediblər. Ona görə də hörmətli Adil müəllim və bizim təşəbbüs qrupu başda mən, Ramiz Rövşən, Hüseyn Mehdiyev və Ayaz Salayev olmaqla böyük tədbir planları hazırlayırıq və məsləhət şurası yaradırıq ki, bu məsələni dövlət səviyyəsində aktuallaşdıraq”.
Bunu Adalet.az-a açıqlamasında Xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.
O, bildirib ki, peşəkarlarla özfəaliyyətlə məşğul olanlar fərqlənməlidir:
“Yoxsa gic-gic şeylər çəkirlər və insanlar da elə bilir ki, film çəkilir. Onların peşəkar kino məktəbinə heç bir aidiyyatı yoxdur. O başıpozuqluq çox adamlara əl verir ki, vəziyyəti bu cür saxlasınlar. Ortada bir peşəkar nümunə olanda onda insanlar da görəcək ki, kim kimdir. Ona görə də Kinostudiya çox təhlükəli vəziyyətdədir. Biz qərara aldıq ki, ömrünü, gününü kinoya bağlayan insanlar kinoya olan borclarını onu bərpa etməklə ödəsinlər. Ona görə də bu istiqamətdə əlimizdən gələni edəcəyik”.
Şeyx Əbdül son günlər Mədəniyyət Nazirliyinin ünvanına səsləndirilən ittihamlara da münasibət bildirib:
“Bunu edən şou əhlidir. Pulla televiziyaya çıxıb millətin zövqünü korlayanlardır. Səs, musiqi, ritm, avaz yoxdur. Kimin səsi yoxdursa, orasını, burasını düzəldib ekrana qaçır. Ekran da bunlar üçün açıqdır və bunun səbəbi də bəllidir. Bunlar artıq o qədər qurublar ki, istəyirlər dövlət tədbirlərinə də burunlarını soxsunlar. Daha demirlər ki, bu tədbirlərdə dövləti böyük sənətkarlar təmsil edir. Ona görə də artıq hər kəsə öz yerini göstərmək, televiziyalara qadağalar qoymaq lazımdır. Oxumaq ilk növbədə səsdən ibarətdir. Bu gün Azərbaycanda kimin səsi yoxdursa müğənnilik edir. Səslərini əlavə vasitələrlə düzüb qoşurlar və onları efirə çıxarırlar. Bizim camaat da bu müğənniləri 10-15 min manata toyuna dəvət edir. Belə olmaz axı. Özümüzdə də günah var. Adam da balasının toy günündə borca girib o cür adamları toyuna dəvət edər?!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
26 Noyabr 2025 16:32
Xalq artisti Təranə Muradovanın yaradıcılıq gecəsi keçirildi
26 Noyabr 2025 15:44
Azərbaycan və Türkiyənin opera teatrları birgə layihələr həyata keçirəcək
25 Noyabr 2025 12:10
Kəlbəcərdə ilk dəfə Şəhər Günü keçirilir
24 Noyabr 2025 11:53
Türkiyənin məşhur zeytun yığımına qoşulun – bu mövsümi təcrübəni qaçırmayın! – FOTOLAR
21 Noyabr 2025 09:10
"AĞDAM VƏ MƏN" - "Ağ Damlı Adam" - Aqil Abbas haqda portret film - VİDEO
20 Noyabr 2025 13:30
QƏDİR, SƏSİNİ YARAMIN ÜSTÜNƏ SARIYIM
20 Noyabr 2025 12:29
Beynəlxalq Simpoziumda Azərbaycan multikulturalizmi modelindən danışılıb
20 Noyabr 2025 11:04


Bakı -°C

