153-cü teatr mövsümünün təntənəli açılış mərasimi keçirilib - FOTOLAR
13 sentyabr 2025-ci il tarixdə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə Milli Teatrın 153-cü mövsümünün təntənəli açılış mərasimi keçirilib.
Akademik Milli Dram Teatrında keçirilən tədbirdə Mədəniyyət Nazirliyinin, Teatr Xadimləri İttifaqının, ölkədə fəaliyyət göstərən teatrların nümayəndələri, ziyalılar və media işçiləri iştirak ediblər.
Aparıcıların salamlama nitqindən sonra Ulu öndər Heydər Əliyevin teatr haqqında fikirləri səsləndirilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov yeni teatr mövsümünün açılışı münasibəti ilə sənətsevərləri təbrik edib, Azərbaycan teatrının keçdiyi şərəfli yoldan danışıb, teatrın bu günü və gələcəyi barədə dəyərli fikirlər söyləyiblər.
Mərasimdəmədəni dəyərlərimizin qorunması, inkişafı və dünyada təbliği sahəsində Ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin və birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı qeyd olunub, dövlətin teatra göstərdiyi dəstəyin uğurlu nəticələri vurğulanıb.
Rəngarəng mahnı və rəqslərlə zəngin olan mərasimdəMilli Teatrın ötən mövsümdə Azərbaycanda və onun hüdudlarından kənarda qazandığı uğurlardan danışılıb.
Tədbirdə Çıxış edən "Kaman" rəqs qrupunun, Xalq artisti Azər Zeynalov, Dövlət Mahnı Teatrının solisti Aynur İsgəndərli və Beynəlxalq Muğam Mərkəzinin solisti Bəyimxanım Vəliyevanın ifaları mərasimə xüsusi rəng qatıb.
Sonra söz teatrlara verilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı, Azərbaycan Dövlət Akademik Musiqili Teatrı, Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı, Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı, Şuşa Dövlət Musiqili Dram Teatrı və Azərbaycan Dövlət Pantomim Teatrı aktyorlarının ifasında repertuarda olan tamaşalardan səhnələr təqdim olunub.
Tədbirin sonunda xatirə şəkilləri çəkilib.
Şəlalə Camal
Digər Xəbərlər
19 Mart 2026 15:09
“Bizə intellektual verilişlər lazımdır ki, ideoloji təbliğat aparaq...”
18 Mart 2026 11:29
"Bu il daha 8 min müəllim attestasiya prosesinə cəlb olunacaq" - Nazir
16 Mart 2026 16:25
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
10 Mart 2026 14:53
Leyla Əliyeva "Qız Qalası" qalereyasında - VİDEO
10 Mart 2026 12:30
Əməkdar artist: ““Kor” rejissorlara rast gəlməmişəm”
10 Mart 2026 11:58
Özündən əvvəl səsi tanınan adam - Əntiqə Kərimzadə yazır…
10 Mart 2026 10:38
118 Yaşlı Füzuli Teatrı - Mirqiyas Seyidsoylu yazır
02 Mart 2026 09:57


Bakı -°C

