30 May 2025 15:10
165
ŞOU-BİZNES

Canlı ifa...

Canlı ifanı hər mügənni bacarmır. İndi yerindən duran efirə çıxır, ağzına gələni ifa edir və tanınır.

Səsi olmayan  və ərindən boşanıb toya gedən adama müğənni demək olmaz! Özü də onlar bir mahnı belə canlı ifa edə bilmirlər, amma deyirlər ki, ayda 70- 80 min manat pul qazanırlar. Gözlərinin içinə qədər yalan danışırlar. Çox yox ey , bir balaca musiqi duyumu olan adam həmin " müğənnilərə" yüz manat da verməz! Mən toylarda canlı oxuyan  müğənnilər çox görmüşəm.

Məsələn, Manaf Ağayev! O, Bakı və kənd toylarında 7- 8 saat canlı oxuyub və elə olub ki, bu istedadlı müğənni canlı oxuyanda üç- dörd köynək dəyişib. Onun Füzuli toylarında oxuduğu mahnıları və muğamları hər müğənni oxuya bilməz. Allah-   təalə onu gözəl boy- buxun  verdiyi kimi , gözəl də səs  verib.

Toy özü də bir  məktəbdir, qoy bir çox müğənnilər canlı oxumağı və toy aparmağı Manaf Ağayevdən öyrənsinlər. Tay yekə- yekə danışmasınlar  ki, biz hər ay 70-80 min pul qazanırıq. Vallah, heç pul qazanan oğlan belə deməz. Manaf Ağayev 50 illə yaxındır ki, oxuyur və xalq tərəfindən sevilir, amma bir dəfə olsun belə onun dilindən eşitmədik ki, ayda  filan qədər  pul qazanıram. Ancaq sonradan görənlər belə danışır.

Əsas səs, ifa   və canlı oxumaqdır ki, onu da Manaf Ağayev kimi hər müğənni  bacarmır. Manafı  da xalqa sevdirən istedadı, bənzərsiz səsi, canlı ifası, sadəliyi və səmimi olmasıdır!

Emil Faiqoğlu