26 May 2025 14:07
300
ŞOU-BİZNES

Aparıcı: “Mən öləndə demişəm, gözəl mahnılar ifa olunsun”

Aparıcı Elgiz Əkbər yas mərasimlərini tənqid edib.

Adalet.az xəbər verir ki, o, yas mərasimlərinin təntənəli keçirilməsinin əleyhinə olduğunu söyləyib:

“Yas sahibinin onsuz da əzizi gedib. Siz oraya aş, bozbaş yeməyə getməmisiniz. Gedirik ki, yazığın yanında olaq, təsəlli verək ki, həmin mərhələni aşa bilsin. Onda elə çıxır ki, biz gedirik yas sahibinin yarasına duz tökməyə. Ölüsü bir tərəfdə sən də ağı deyib yarasına duz tökürsən. Bu biri tərəfdən də camaat qarnını doydurur. Bu, nə adətdir? Bunu tövsiyə kimi deyirəm. Kənardan pis görünür. Yas sahibinin yanında əyləşib onun başını qatmalıyıq. Yoxsa ki, kənardan elə görünür iki, bizim işimiz gedib orada qarnımızı doydurmaqdır. Aş az olanda da söz edək ki, bizə yemək vermədilər. Guya kimsə yas sahibini daha çox ağlatsa, onu daha çox istəyir.
Mən öləndə demişəm, gözəl mahnılar  ifa olunsun. Melodiya olsun”.

Əntiqə