HƏMAS Uitkoffun Qəzza təklifinə cavabı vasitəçilərə təhvil verib

Fələstinin HƏMAS hərəkatı ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffun Qəzza zolağında atəşkəslə bağlı təklifinə cavabını vasitəçilərə təqdim edib.
Adalet.az xəbər verir ki, bu barədə HƏMAS-ın teleqram kanalında dərc olunmuş məlumatda qeyd olunub.
"Bu gün HƏMAS vasitəçilərə Uittkoffun son təklifinə cavabını verdi. Gələcək razılaşmanın bir hissəsi olaraq, razılaşdırılmış sayda fələstinli məhbusun İsrail həbsxanalarından azad edilməsi müqabilində 10 israilli girovu azad etməyə və 18 cəsədi təhvil verməyə hazırıq", - bəyanatda bildirilir.
HƏMAS əlavə edib ki, hərəkatın cavabı Qəzzada daimi atəşkəs, İsrail qoşunlarının anklavdan çıxarılması və oraya humanitar yardımın daxil olması tələblərini ehtiva edir.
Hərəkatın girovları azad etməyə hazır olduqları müddət barədə məlumat verilmir.
Digər Xəbərlər

Rusiya nümayəndə heyəti İstanbuldadır

Rusiya ən yaxşılarını itirdi, bərpa edə bilməyəcək - Kovalenko

Hindistanda COVID-19 xəstələrinin sayı 10 günə 10 dəfədən çox artdı

Baydenin əvəzinə sənədləri kimlərin imzaladığı məlum olub

Husilər İsrailin hava limanını bombaladı

Nümayəndə heyəti İstanbula gedir - Zelenski TƏSDİQLƏDİ

Rusiya hərbi aerodromlarına PUA hücumu - 40 hərbi təyyarə vurulub - VİDEO
