31 May 2025 19:02
273
KRİMİNAL

Abşeronda silah-sursat aşkarlandı

Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyindən Adalet.az-a bildirilib ki, keçirilən növbəti profilaktik tədbir nəticəsində 41 yaşlı kişi 1 avtomat silahı, 1 patron darağı və 15 patronu polisə könüllü təhvil verib.

Araşdırma aparılır.