Danışıqlar başlamadan iflasa uğraya bilər
Rusiya prezidenti Vladimir Putin, mayın 15-də heç bir şərt irəli sürmədən Ukrayna ilə İstanbulda danışıqlara başlamağa hazır olduğunu bəyan etdi. ABŞ prezidenti Donald Tramp başda olmaqla bütün dünya müharibənin dayandırılacağına ümid edirdi. ABŞ prezidenti hətta Ukrayna prezidentini təhdid edərək, heç bir şərt irəli sürmədən bu görüşə getməyə çağırdı.
Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarının bəyənatına dərhal cavab verərək, mayın 15-də Putini İstanbulda gözləyəcəyini bəyan etdi. Yaxın Şərqə, Səudiyyə Ərəbistanı və Qətərə turneyə hazlrlaşan ABŞ prezidenti Donald Tramp da, Ərəb ölkələrinə səfərdən sonra danışıqlarda iştirak etmək üçün İstanbula gedəcəyini bildirdi. Lakin mayın 14-də məlum oldu ki, Vladimir Putin İstanbula getməyəcək və Ukrayna ilə danışıqlara köməkçisi Mezinskinin başçılıq etdiyi nümayəndə heyyətini göndərəcək. Putinin İstanbula gəlməyəcəyi xəbərini alan prezident Trampda Türkiyə səfərini təxirə saldı.
Ukrayna prezidenti Volodimir Zelenski söz verdiyi kimi mayın 15-də, danışıqlarda iştirak etmək üçün, nümayəndə heyyəti ilə İstanbula gəldi. Rusiya nümayəndə heyyəti də Türkiyəyə gəldi, lakin, həmin günə planlaşdırılmış danışıqlar prossesi baş tutmadı, danışıqlar prossesinin bu gün, təxminən günorta saatlarında başlaması planlaşdılıb.
Rusiya Prezidentinin "ilkin şərtlər irəli sürülmədən" bəyənatının səsi batmamış, Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan etdi ki, Rusiya müharibənin dayandırılmasına yalnız bu şərtlərlə razı ola bilər: "Ukrayna NATO-ya üzv olmaqdan imtina etməli, hərbi qüvvələri demilitizasiya və denafikasiya edilməli, Krımın, Donetsk, Luqansk, Xerson və Zaparojye vilayətlərinin (Rusiya tərəfindən işğal edilmiş. R.H.) beynəlxalq səviyyədə Rusiyanın ərazisi kimi tanınması, Rusiyanın xaricdə dondurulmuş aktivlərinin geri qaytarılması, antirusiya sanksiyaları ləğv edlməli, Ukraynada rus dili ikinci dövlət kimi qanunla qəbul edilməli, rus mədəniyyətinə qarşı qoyulmuş qadağalar (?) ləğv edilməli və Rus Kilsəsinin fəaliyyəti bərpa edilməlidir "- deyə Lavrov bəyan edib. Bəli, nə az, nə də çox. Yəni, Rusiya açıq şəkildə dünyaya bəyan edir ki, kimin kimlə görüşməsindən, kimin-kimlə nə barədəsə razılaşmasından asılı olmayaraq müharibəni davam etdirmək niyyətindədir.
Hələ danışıqlar başlamamış, Rusiya xarici işlər nazirinin belə bir bəyənatla çıxış etməsi, Rusiyanın nəinki sülh bağlamaq, heç atəşi dayandırmaq niyyətinin də olmadığını ortaya çıxarır. Rusiya xarici işlər nazirinin, ən azından 30 günlük atəşin dayandırılması ilə bağlı danışıqların başlaması ərəfəsində, Rusiya prezidenti Vladimir Putinlə ard-arda bir neçə görüşündən sonra belə bir bəyənatla çıxış etməsi, danışıqların başlamadan iflasa uğrayacağından xəbər verir...