İlham Əliyev Antalyada Şimali Kipr Prezidenti ilə görüşdü - FOTOLAR + YENİLƏNİB
Aprelin 17-də Antalyada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürmanla görüşü olub.
Adalet.az xəbər verir ki, dövlətimizin başçısı Tufan Erhürmana Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti seçilməsi münasibətilə təbriklərini çatdırdı.
Tufan Erhürman təbriklərə görə minnətdarlığını bildirdi.
Söhbət zamanı Azərbaycan Respublikasının Şimali Kipr Türk Cümhuriyyətinə göstərdiyi daimi dəstəyə toxunuldu.
Prezident Tufan Erhürman buna görə dövlətimizin başçısına təşəkkür etdi.
Azərbaycan Prezidenti ölkəmizin həmişə Şimali Kipr Türk Cümhuriyyətinin yanında olduğunu deyərək, göstərilən dəstəyin gələcəkdə də davam etdiriləcəyini vurğuladı.
Söhbət zamanı bu ilin aprelində Azərbaycan Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Şimali Kipr Türk Cümhuriyyəti Məclisinin dostluq qrupları üzvlərinin Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyəti qeyd edildi.
Görüşdə Şimali Kipr Türk Cümhuriyyətinin Türk Dövlətləri Təşkilatına müşahidəçi qismində qatılmasının önəmi vurğulandı, həmçinin bir sıra sahələrdə əməkdaşlıqla bağlı müzakirələr aparıldı.
Digər Xəbərlər
17 Aprel 2026 13:34
"Regionda üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər" - Hikmət Hacıyev
17 Aprel 2026 13:04
Azərbaycan və Ermənistan parlamentlərinin sədrlərinin görüşü oldu - YENİLƏNİB
17 Aprel 2026 13:02
İlham Əliyevin Antalyada Moldova Prezidenti ilə görüşü oldu - FOTOLAR - YENİLƏNİB
17 Aprel 2026 12:46
Kamran Əliyev Türkiyəyə başsağlığı verdi
17 Aprel 2026 12:28
İlham Əliyev Əhməd Əl Şaraanı Azərbaycana səfərə dəvət etdi
17 Aprel 2026 12:28
İlham Əliyev Əl Şaraa ilə görüşdü - FOTO - YENİLƏNİB
17 Aprel 2026 11:53
“Bu kontekstdə İranın regiondakı ritorikasının sərtləşməsi diqqət çəkir”
17 Aprel 2026 10:36


Bakı -°C

