Parka xələl gətirir...
Bu gün Bakıda bir- birindən gözəl parklar və xiyabanlar salınıb.
İndi də belə müsir parklar inşa edilməkdədir. Belə gözəl parklardan biri də metronun " Azadlıq" stansiyasının yaxınlığında salınıb. Fevralın 14- də bir çıskin yağış yağdığı gündə yolum o parkdan düşdü. Hava çox təmiz idi, belə gözəl havada parkda gəzmək adama ləzzət edirdi. Çünki burda çoxlu sayda şam və digər ağaclar var. Elə havanı da gözəlləşdirən , oksigenlə zənginləşdirən bu ağaclar, bu yaşıllıqlardır. Parkda müasir tələblərə cavab verən çoxlu oturacaqlar quraşdırılıb.Yağışla hava olsa da , burda çoxlu insan gözə dəyərdi. Hətta iki sevgili gənc- oğlan və qız yağışın yağmasına baxmayaraq, şirin söbət edirdilər.
Çiskin yağışsa, çox ləzzətlə yağırdı. Və mənim özum də bu təmiz havada , patkın içində 20 dəqiqə gəzdim. Yağışdan islansam da, amma təmiz havadan ləzzət alırdım. Bir qədər hərəkət edəndən sonra üfunət qoxusu hiss etdim. Yaxınlaşıb gördüm ki, burda bərbad gündə olan tualet var. Tualetin içi elə çirkab içindədir ki, ora hər adam girib təbii ehtiyacın ödəyə bilməz, ancaq naəlac qalıb girənlər də var.Görünür, park təmir ediləndə tualeti yenidən tikmək və müasir üslubda inşa etmək işgörənlərin ya yadlarından çıxıb, ya da sonraya saxlayıblar. Bu gün gözəl parka xələl gətirən və onu gözdən salan həmin tualetdir.
Yaxınlıqda yaşayan sakinlərdən biri olan Novruz Əhmədov dedi ki, patkımız çox gözəldir, ancaq tualet qoxusundan burda gəzə bilmirik. Ya bu tualeti təmiz saxlasınlar, ya da yenisini inşa etsinlər. Bax, onda burda dincəlməyin özgə ləzzəti var. Bax , bu parka xələl gətirən problem vaxtında aradan qaldırisa, insanların orda istirahətində heç bir əngəl yaranmaz!
Emil Faiqoğlu
Digər Xəbərlər
08 Yanvar 2026 17:42
Yağıntı intensivləşəcək, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
08 Yanvar 2026 13:05
Sabah dağlıq ərazilərdə qar yağacaq
08 Yanvar 2026 12:59
Azərbaycan Avropaya ilbiz məhsullarının ixracına başlayır
08 Yanvar 2026 11:31
Azərbaycanda quş qripinə yoluxma var? - RƏSMİ CAVAB
07 Yanvar 2026 17:40
Prezidentdən Cahangir Novruzovla bağlı SƏRƏNCAM
07 Yanvar 2026 11:26
Valideynlər övladlarının laborator analiz nəticələrinə “mygov”da baxa biləcəklər
07 Yanvar 2026 10:18
Dumanlı hava şəraiti nə vaxtadək davam edəcək?
06 Yanvar 2026 15:08


Bakı -°C

